Canavar Ovu

Tural Sahab

Oldest Canavar Ovu Reviews

You can find Oldest Canavar Ovu quotes, oldest Canavar Ovu book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

9.2Out of 10
12 People · 6 Review
158 syf.
10/10 puan verdi
·
Liked
Hər yaradılışda bir cəsarət var...
Bu əsər Bozdağın qarlı qışından başlayaraq,qışda dağlıq ərazilərdə baş verə biləcək fəlakətləri də göz önünə gətirir.Qarlı havada kömək istəməyə yolları,qazları,işıqları olmayan insanların hələ də olduğunu xatırladır.Qarlı qış günündə Bozdağa canavarların hücum etməsi və hücum vaxtı əhalinin birlik göstərərək öz yurdlarını qoruması qeyd olunur.Daha sonra həmin yurdlarını qoruyanların vətəni necə qoruduqları da göz önündə ortaya qoyulur... Çox çox cəsarətli igid oğullardan və canavar mərdliyindən bəhs edən kitab məncə hər kəsi özünə cəlb edir... Xoş mütaliələr...
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
158 syf.
8/10 puan verdi
Əsəri iki il əvvəl oxumuşdum,təxminən. Görünür ki, müəyyən qədər iz buraxıb. Müəyyən qədər qorxu,sadə həyat hadisələrinin insanlar tərəfindən murəkkəbləşdirilməsi əsərin başlıca xəttini təşkil edir.Qələm baxımından maraqlı təcrübə idi..
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
Reklam
158 syf.
10/10 puan verdi
·
Liked
O gecəni Bozdağda-Kürşadın ata ocağında keçirmişdik. Səhər eşiyə çıxanda yağan qarın izimizi örtdüyünü gördüm. Artırmada dayanıb həyətə nəzər saldım... Hər şey eyniydi; çardaq da, tövlə də, odunluq da, həyətdəki ağaclar da... Təkcə ot tayası gözə dəymirdi... Bir də tövlədə hənirti yoxdu... Yaydan-yaya baş çəkilən ata ocağının hər daşına yazılan xatirələr isə qar dənələri kimi fərqli və nağılvariydi...
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
158 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
Yaşamaq uğrunda savaşırıqsa, məğlub olmağa haqqımız yoxdu!
Canavar Ovu
Canavar Ovu
..... Uzun muddet edebiyyatimizdan uz donderen bir oxucu olaraq qeyd ede bilerem ki meni heqiqeten dusunduren,fergli menevi hissler yasadan bir kitab oldu . Açığı gözlentimin çox çox uzerinde oldu) Men umimiyyetle diger incelemelerimde de qeyd etmisem ,bizim nesri cetin oxuyuram,ya cox lokal olur, ya cox irreal. Ya dil problemi olur,ya da ideyasizliq. Bu kitabda bu problemlerle hec bir yerde qarsilasmadim Səciyyəvidir ki, yazıçı yaratdığı obrazların mənəvi-psixoloji aləmini sözlə, səlis, dərin və mənalı ifadələrlə sərgiləyir.Onun əsərlərində gənclərin mənəvi dünyası, xarakteri, psixologiyası açıqlanır.Bu eserde de Orta statistik Azərbaycan kişisinin bədiiləşmiş portretidir eserde adlari cekilen igidlerimiz..Onsuz da boz cəmiyyətik. Qoy heç olmasa yaradıcı adamlarımız boz olmasın, rəngli olsun.. Rus şairi A.Blok “Hər bir yazarın üslubu onun ruhuyla sıx bağlıdır demiştir
Tural Sahab
Tural Sahab
,Her zaman bele semimi bir üslubunuz olması dileyi ilə.... Axı, hər gecənin sonunda gün çıxdığı kimi, hər gün də gecənin qaranlığına baş əyir... (shf 84) Həyat gözəldi... Problemlər olmasa, bu gözəllikdən başqa heç nəyi düşünməzdik...(shf 91) Dünyada ən ağır yük nə dəmir, nə də qurğuşundu. Ən ağır yük bir insanın ölüsüdü. Bu qədər xatirəni, xəyal və ümidi bir tabuta qoyub aparırıq... (shf54)
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
158 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 13 hours
Kitab "74-cü ilin qışı" və bu ağır keçən qışda dəhşətli çətinliklərlə qarşılaşan Bozdağ kəndi və kəndlilərin mübarizəsindən bəhs edir. Burada həmçinin dostluq, qonşuluq, ailə münasibətləri, kəndlilərin məişəti elə gözəl, elə içdən təsvir olunub ki... Qarışıq hisslər yaşatdı mənə kitab. Bəzi hissələrdə uşaqlığıma qayıtdım, bəzi hissələrdə təsirləndim, bəzi hissələrində sarsıldım... Yazıçının üslubunu bəyəndim. Axıcı və şirin dili, bir çox müasir "yazıçı"larımızın istifadə etdiyi bayağı üslubdan, ifadələrdən uzaq olması kitabı daha da oxunaqlı edir. Sadəcə oxumursan, kitaba daxil olub Bozdağda tapırsan özünü. Ananın bişirdiyi yeməklərin, dəmlədiyi kəklikotulu çayın ətrini duyursan. Cahangirlə yoldaş olub ocağın kənarında kəndi qorumağa çalışırsan... Sonu həm təsirli, həm də qürurverici idi. Sevərək oxudum.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma