Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Canavar Ovu

Tural Sahab

Sözler ve Alıntılar

Tümünü Gör
Adam anlayanda ki, yaxınını, əzizini birdəfəlik itirib, daha görməyəcək, doya-doya ağlamaq istəyir, dünyanın heyfini gözlərindən çıxmaq istəyir...
Əhlilləşən canavarlar-itlər, zaman keçdikcə, insanın ən sadiq dostuna çevrilmişdi. Azadlığın hüdudsuzluğunu dadan canavarlar isə insanla dostluq edən həmcinslərini xain sayırdı. Ona görə də heç vaxt onların arasında sülh bağlanmırdı, itlər və canavarlar həmişə qarşı cəbhələrdəydilər. Sadəcə, bir fərq vardı; itlər azadlıqlarıyla bərabər güclərinin, təbii bacarıqlarının da bir qismini itirmişdilər. Bəlkə də, onların azad canavarlara məğlub olmalarının sirri bundaydı?!
Sayfa 124Kitabı okudu
Reklam
Sevinclə kədər həyat naxışının ilmələridi, biri olmasa, o zaman, bu naxıș da tam olmaz sökülüb gedər... Ona görə də, insan gərək sevincdən qanad açıb uçduğu hər an kədərin də onunla birgə pərvazlandığını unutmasın.
Kim bilir, bəlkə o, həqiqətən, elədiyi səhvləri qəhrəmanlıq sayırdı? Bəzən insan geriyə dönüb yaşadığı ömrə baxır, orda əllə tutulası bir əməl axtarır, hansı ki, bu əməl onun həyat qayəsinin təzahürüdür. Ürəyinə su səpəsi bir xatirə tapmayanda da öz-özünü elədiyi səhvlərin qəhrəmanlıq olduğuna inandırır...
... istər insan olsun, istər heyvan, bir canlının bacarığının sərhədi onun ən çarəsiz qaldığı vaxtlarda sınanırdı...
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir.
Reklam
Sonra düşündüm ki, ölüm olan yerdə səbəb heç də həmişə önəmli olmur. Nə fərqi var? Əsas nəticə ölümün qalibiyyəti deyilmi?!
Sayfa 109Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.