Kitabda müəllifin "Cənnətdə bir iblis" əsəri və "Paris Review" dərgisinə verdiyi müsahibə öz əksini tapıb. Bunu ona görə qeyd edirəm ki, kitab səhifələrlə müəllif "nə demək istəyib?" sualına öz fərziyələrini vermək əvəzinə, elə müəllifin öz düşüncələrini göstərir. Əsərə gəldikdə süjeti oxucuda maraq oyadır və "azadlıq", "seçim", "seçimsizlik", "həyat" kimi anlayışlar haqqında fərqli düşüncələri özündə ehtiva edir.