Cenni Herhardt

Theodore Dreiser
Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyirlər" dir. Onun yeganə ölçüsü- özünü mühafizə hissidir. Filankəs öz malını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyni saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tük nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.
Bilirsiniz, heç kəs əbədi deyildir. Mən, məsələn, qətiyyən təşvişə düşmürəm ki, mənim ömrümdən az qalmışdır.
Reklam
Keçmişi qaytarmaq mümkün deyil. Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar, bunda isə o bütöv olmayacaqdır.
Məncə arzuna çatmağa kömək edən hər bir vasitədən istifadə etməmək böyük axmaqlıqdır.
Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd- qüssə hamıya catir.
Yüksək gərginlik dəqiqələrində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titrəyirik, yanlış addım atmaqdan qorxuruq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bizə rəhbərlik edir. Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, biz yenə də mövcud olanlarla dostluqda qalırıq. Təbiət - alicənabdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol - o zaman bu böyük həqiqəti dərk edərsən. Bəlkə də, bu həqiqət sənə hazır düsturlar şəklində deyil, nəticə etibarilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan.
Reklam
Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.
Məgər adamlar onu uçuruma doğru itələmək Əvəzinə ona yardım edə bilməzdilərmi?!
Biz sarsılırıq,qorxuruq,sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq,dəyişiklik artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq
Reklam
"Heç bir vaxt yalan demə. Heç bir vaxt faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq - həyatın nəfəsidir, hər cür ləyaqətin əsasıdır. Kim buna möhkəm riayət edirsə, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar".
- Drayzer yaradıcılığını sevirəm.. Çünki yazdığı zamanın ən realist yazarlarındandır. Əsərdə Cenninin həyatından bəhs edilir. Cenni obrazının timsalında bütün kasıb amerika qadınlarının vəziyyəti təsvir esilir. Cenninin oteldə anasına kömək etməsi və orada özündən yaşca çox böyük keçmiş senata aşiq olması ilə hər şey başlayır.. Cenni dəfələrlə həyatını qurmağa çalışır və hər dəfədə çətinliklər.
Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyyət qazanmaq İstəyirsənsə,fürsəti əldən vermə.
Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan dünyadan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı.
Resim