Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyirlər" dir. Onun yeganə ölçüsü- özünü mühafizə hissidir. Filankəs öz malını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyni saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tük nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.
Yüksək gərginlik dəqiqələrində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titrəyirik, yanlış addım atmaqdan qorxuruq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bizə rəhbərlik edir. Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, biz yenə də mövcud olanlarla dostluqda qalırıq. Təbiət - alicənabdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol - o zaman bu böyük həqiqəti dərk edərsən. Bəlkə də, bu həqiqət sənə hazır düsturlar şəklində deyil, nəticə etibarilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan.
Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar.
Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.