Cəhənnəmdən Gələn Səs

Elxan Elatlı

Most Liked Cəhənnəmdən Gələn Səs Quotes

You can find Most Liked Cəhənnəmdən Gələn Səs quotes, most liked Cəhənnəmdən Gələn Səs book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
- Sən bilirsən mən onu niyə vurdum?! --Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!
Cəhənnəm = Ermənistan
-- Hardan zəng vurursunuz? -- Cəhənnəmdən.. -- Məni ələ salırsız? -- Yox! - yad qadın hökmlə dilləndi. - Mən Ermənistandan zəng vururam...
Reklam
Ürəyimin incə tellərinə toxundu...
-- Ananı çox sevirsən? -- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz? -- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...
Sayfa 141Kitabı okudu
-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -- Kim? -- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -- Başa düşmədim... -- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz? -- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür. -- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...
Sayfa 142Kitabı okudu
-- Heç bilirsiniz çılpaqlıq nədir? -- Nədir? -- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox. -- Tam anlaya bilmədim. -- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.
Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir...
Reklam
160 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.