Cəhənnəmdən Gələn Səs

Elxan Elatlı

Cəhənnəmdən Gələn Səs Sözleri ve Alıntıları

Cəhənnəmdən Gələn Səs sözleri ve alıntılarını, Cəhənnəmdən Gələn Səs kitap alıntılarını, Cəhənnəmdən Gələn Səs en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ürəyimin incə tellərinə toxundu...
-- Ananı çox sevirsən? -- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz? -- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...
Sayfa 141Kitabı okudu
-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -- Kim? -- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -- Başa düşmədim... -- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz? -- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür. -- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...
Sayfa 142Kitabı okudu
Reklam
Böyük Nəsiminin, universitet illərində oxuyub yadda saxladığı bir misrasını indi tez-tez təkrar edirdi: - Dünya duracaq yer deyil, ey can, səfər eylə!..
Sayfa 38 - Elgün nəşr-çap eviKitabı okudu
-Amma, sən qadınları niyə hüquqsuz hesab edirsən? Hər şeydə kişilərlə eyni hüquqa maliksiniz. - Hər şeydə yox! Məsələn, qadınlar ürəklərindən keçənləri sevdiklərinə açıb deyə bilmirlər.
Sayfa 129 - Elgün nəşr-çap eviKitabı okudu
Cəhənnəm = Ermənistan
-- Hardan zəng vurursunuz? -- Cəhənnəmdən.. -- Məni ələ salırsız? -- Yox! - yad qadın hökmlə dilləndi. - Mən Ermənistandan zəng vururam...
-- Heç bilirsiniz çılpaqlıq nədir? -- Nədir? -- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox. -- Tam anlaya bilmədim. -- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.
Reklam
157 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.