Çınar Ömrü

Rəsul Rza

Quotes

See All
O Gecə
Gecədir. Kimsə yox. Bir sən, birdə mən. Zülmət asılmışdır pəncərələrdən, Otağımda sükut, göylərdən dərin. Bir mənəm, bir sükut, bir də gözlərin.
Sayfa 174Kitabı okudu
Çarli! Böyük ürəkli balaca adam. Sənsiz kor qızların taleyi necə olacaq. Yenə də dünyada qızıl qızdırması var axı daha qaynar, daha amansız. Sən mübarizə meydanında gülüşünü döyüşə hazır qoydun ən qorxulu silah kimi. Özün necə vaxtsız getdin, necə zamansız.
“Kor qızlar” Çaplinin “Böyük şəhərin işıqları” filmində kor qıza, “qızıl qızdırması” Çaplinin eyni adlı filminə işarədir.Kitabı okudu
Reklam
Dedin: – Neyləyək, vaxtı öldürək? Gün uzun, gecə uzundur! Düşünmədin, boş keçən anlar da möhnəti bilinməyən ömür yolumuzundur. Yol qurtarar, bircə an dayansa ürək. Nə rəvadır, vaxt bizi yaşadırkən, biz vaxtı öldürək?!
Sevgilim: Bəlkə, bütün ötüb keçən günlər ən gözəl günün müqəddiməsi imiş. Bəlkə də bu nigaranlıq, bu incimələr məhəbbətin sınağı sədaqətin səsi imiş.
Nə qumlarda dəvə ləpirləri... Nə havada zınqırov səsləri... Köçümüz indi rezinli təkərləri saniyədə yüz dəfə hərlənən maşınların üstündədir.
Könlüm nəğməli neydir. Dilim dolu gileydir. Öldürdü nazın məni. İnsaf da yaxşı şeydir.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.