Cinayət və Cəza

Fyodor Dostoyevski
Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu roman Dostoyevskinin katorqa-dan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı-nın şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə-tində qalır. O, hesab eləyir ki, vardövlətin, pulla nələr eləmək gərəkdiyini bil-məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində ol-ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq insanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son- yaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir. “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.
Yazar:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Çevirmen:
Beydulla Musayev
Beydulla Musayev
Tahmini Okuma Süresi: 18 sa. 1 dk.Sayfa Sayısı: 636Basım Tarihi: 2013İlk Yayın Tarihi: 1866Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Преступление и наказание Prestuplenie i nakazanie
ISBN: 9789952264173Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
636 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Fyodor Dostoyevski
Ən başından bəri düz 2 həftədir ki özümü kitabın içində; bəzən Roskolnikovun dar otağının qapısı tərəfdən otaqdaki hadisələri düşünərkən, bəzən də 4cü mərtəbəyə "əli baltalı" qalxarkən sanki hadisələri bir kameranın POV'undan izliyir, baş qəhrəmanla o hiss və həyəcanı bölüşürdüm. Kitab təhlil edərkən hadisələrin xronologiyasın
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
Reklam
636 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Dostoyevskidən oxuduğum ilk əsər "Cinayət və cəza" oldu. Hadisələr, süjet xətti çox axıcı olduğundan, oxucunun diqqətini məsələlərə, detallara cəmləşdirdiyindən çox xoşum gəldi. Baş qəhrəman Rodion Raskolnikov əsərin əvvəlində çox götür-qoydan sonra bir cinayət işləyir, sələmçi qarı və təsadüfən hadisə yerinə gəlmiş, qarının günahsız bacısını qətlə yetirir. Hadisələr bundan sonra gərginliklə inkşaf eləyir. Bu zaman maraqlı cəhətlərdən biri də cinayət işləmiş bir şəxsin daxili aləmi, onun özünə və ətrafdakı hadisələrə baxış bucağı, eləcə də ətrafdakıların ona münasibəti ilə tanış olmaqdı. Sonra Raskolnikov onun özü qədər bədbəxt olmuş Sonya ilə tanış olur, Sonya ona günahlarının bağışlaması üçün torpağa və insanlara təzim edib üzr istəməyi təklif edir. Lakin Raskolnikov ondan az günahkar olmayan bu insanlar qarşısında diz çöküb üzr istəməyi özünə layiq görmür. Əsər məni psixologiyanın maraqlı cizgiləri ilə tanış etdi, fərdlərə fərqli prizmadan baxmağa kömək etdi. Bu mövzuda oxuduğum ilk kitab və yaxşı bir başlanğıc oldu.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
8/10 puan verdi
"Crime and punishment"
İlk Dostoyevski təcrübəm oldu. İlk başda sıxıcı gəldi (lap ilk başda), amma oxuduqda peşman oldum. Kaş daha əvvəl oxusaydım, bu əsəri bu qədər gec oxuduğum üçün çox təəssüf edirəm. Kitabda məni ən çox maraqlandıran yazıçının üslubu oldu. Hadisələri elə gözəl şərh edir və əlaqələndirir ki, anidən biri ortaya çıxanda onu əsas hekayə ilə elə bağlayır ki, heyran qalırsınız. Axıcı kitabdır, lakin oxunması çətindir. Zidd oldu bu fikir, bilirəm, amma oxuyanda başa düşəcəksiniz. Hələ də təsirindəyəm. Əsərdə Raskolnikovun necə bir xarakterə malik olduğunu, açığı, indi də dərk edə bilməmişəm, mənə görə mürəkkəb bir obrazdır. Hislərini, daxili dünyasını, cinayət səbəbini anlamaq üçün olduqca səy göstərmək lazımdır. Amma hələ də işlədiyi cinayət mənim gözümdə bəraət qazanmayıb. Əsərdə diqqətimi çəkən obrazlar Porfiri Petroviç və Sonya oldu. Porfirinin çox hiyləgər, eyni zamanda, çox ləyaqətli bir adam olduğunu düşünürəm. Sonya isə... O qızın taleyi və daxili dünyası - ona hörmət edirəm, qəlbən sevdiyim və mənə olduqca təsir edən (taleyi və rəftarı) ilk obraz deyə bilərəm onun üçün. Tövsiyə edirəm, amma ağırdır dərk etməsi. Xoş mütaliələr)
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
634 syf.
·
Puan vermedi
·
Beğendi
·
173 günde okudu
Oxuduğum kitablar arasından ilk bu kitab idi ki,"Niyə bu kitabı oxumaq bu qədər vaxtımı aldı ya da məni bu kitabı oxumağa nə vadar etdi?' suallarını verdirdi mənə. O ki qaldı kitabın məndə yaratdığı təəssüratlara bu haqda deyə biləcək tək bir fikir ola bilər beynimdə. Etdiyiniz hər hərəkətin sonuna cavabdeh olmalısınız. Sonu bilinsə də bilinməsə də.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
Reklam
636 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
- S p o i l e r -
Dostoyevski irsi ilə tam vaxtında tanış olduğumu düşünürəm. Ümumiyyətlə, oxunan kitabların öz vaxtı var və bundan daha yaxşı bir vaxtda bu yazar ilə tanış ola bilməzdim. “Cinayət və cəza” onun dəyərli irsindən ilk oxuduğum kitab oldu. Əvvəlcə onu qeyd edim ki, “Qanun” nəşriyyatın tərcüməsindən oxudum, sonda məni narahat edən bəzi məqamları qeyd
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
10/10 puan verdi
·
Beğendi
Hər kəsin oxuması lazım olan bir kitabdır!
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Cinayət və Cəza
Cinayət və Cəza
-Səncə, insanlar ən çox nədən qorxur? +Raskolnikov gülümsəyərək cavab verdi: -İnsanlar ən çox, atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözlərdən qorxurlar...
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı keçən il oxumuşdum. İlk dəfə əlimə aldıqda önyarğı ilə yanaşıb, maraqsız olduğunu düşünmüşdüm. Fikirləşirdim ki, bu qədər qalın kitabı(maraqsız olduğunu düşündüyüm üçün) necə oxuyacam? Və yenə yanıldım... Kitab ən sevdiyim, ən gözəl, ən ən ən maraqlı kitabdır. Dostoyevskinin cümlələrinin məni bu qədər valeh edəcəyinə inanmazdım. Yaxşı ki, bütün önyarğılarıma rəğmən o kitabı əlimə alıb oxumuşam. Gələk Raskolnikova.... Rodion Romaniç Raskolnikov... Özü əvvəllər hüquqda oxusa belə cinayət işləyib qanunlara qarşı gələn, dünyadakı bir biti öldürüb insanları azad etdiyi üçün bir tərəfdən sevinən və heç vaxt peşman olmayan, yalnız vicdan əzabına qalib gələ bilməyib xəstə düşən həm cəsur həm qorxaq, həm mərhəmətli, həm də ki qəddar, bəşəriyyətə qarşı öz fikirlərini öz içində təsdiqləyən və özünə bunun üçün haqq verən möhtəşəm bir obraz. Mənə görə Raskolnikov adi, hər hansı bir kitabın obrazı ola bilməz. O unudulmazdır, öz fikirləri və vicdan əzabı ilə.... Uzun sözün qısası çox gözəl əsərdir, həm üslubu, həm də cümlələri ilə... Oxuyun. Mütləq.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
10/10 puan verdi
·
8 günde okudu
Bu da dillər əzbəri olan həmin kitab. İnanmıram ki, kitabı oxuyub bəyənməyən kimsə olar. Lakin qanun nəşriyyatının tərcüməsini elə də sevmədim. Buna baxmayaraq, bu, kitabın oxucuya bəxş etdiyi hissləri cüzi də olsa zəiflətmir. Kitabda təkcə Raskolnikovun cinayəti ilə deyil, eyni zamanda ayrı ayrı talelərlə qarşılaşırıq. Svidriqaylovun mənfur hisslərini həyata keçirmək üçün etdikləri, zavallı Marmeladovun acı taleyi oxucunu kitaba daha da bağlayır. Oxuduqca oxumaq istəyirsən. Kitabın adının da bu talelərin ümumi adlandırılması şəklində verildiyini düşünürəm.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
Reklam
636 syf.
10/10 puan verdi
·
Beğendi
·
72 günde okudu
Fyodor Dostoyevski'nin "Cinayət və cəza" romanı, Rus milli, mədəni və ictimai tarixinin karmaşık dövrlərindən birini yansıtır. Bu dövrdə Rusiya, yeni özündəki inkişaf yolunu müəyyən etməyə yeni başlamış, təhkimçilik hüququndan yeni azad olmuş bir dövrdü. Rusiya hangi yolu seçəcəkdi? Avropa kapitalizm yolunu, yoxsa öz milli ənənələrə əsaslanaraq Avropa dəyərlərindən fərqli bir yol tapa biləcəkdi? Dostoyevski, bu sualların cavabını tam və bərabər şəkildə vermək olmadığını bilən bir şəkildə Rusiyanın gələcək nicatını düşünürdü. Romanında, sosialist ideyalardan ziyadə milli pravoslav dinə əsaslanan bir mənəvi inkişaf yolunu təklif edir. O, milli xarakter, milli ruh və milli mədəniyyətin yüksək qiymətlərini vurğulayaraq Rusya'nın milli özünü tapmasının vacibliyini qeyd edir. Günümüzdən baxdığımızda, Dostoyevski'nin fikirlərinin özünü doğruladığını görürük. Romanı, okuyuculara Rus milli ruhunun, mədəniyyətinin və dini inancının önəmini və dəyərini anlamağa dəvət edir. Dostoyevski'nin əsəri, bir cinayətin psixoloji təhlili ilə başlayan, adalet və ədalətli sosial quruluş məsələlərini də müzakirə edən bir əsərdir. "Cinayət və cəza", Dostoyevski'nin edebi dəhasının nümunələrindən biridir və insanların iç dünyasının dərinliklərində dolaşır. Romanı oxuyanlar, vicdanın, günahın, bağışlamanın və insana xas olan insanlık məsələlərinin zəngin təhlilini təcrübə edəcəklərdir.
Cinayət və Cəza
Cinayət və Cəza
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
·
Puan vermedi
·
6 günde okudu
İnanc Ümid Sevgi
Belə, belə işlər...Düşünən və sorğulayan insanın maraqlı hekayəsi... Raskolnikovun düşüncəsində qurduğu cəza formu, adi/qeyri- adi insan anlayışı və özəllikləri, dindarlığa olan münasibəti, insanları oxuma qabiliyyəti... Ümid, İnanc və Sevgini yaşamın təməl daşları olaraq ələ alan Raskolnikov, ümid və inancını itirdikdən sonra Sevgisinə tutunaraq intihar etməyən "dəli" Ailəsi uğruna həyatını heçə sayan bacısı və Sonya, daim yanında olan dostu, hər cür cinayətdən çəkinməyibdə sonda nakam sevgisi uğruna intihar edən Svidriqaylov və.s Maraqlı, axıcı, bir çox mövzuda düşünməyə vadar edən əsər... Xoş mütaliələr
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
·
Puan vermedi
·
5 günde okudu
İlk başda bayağı hissi yaratsada oxuduğca öz dərinliyinə aparan insani duyğuların açığ-aydın ifadə olunduğu bir kitabdır"Cinayət və Cəza"Hər kəsin oxuması gərəkən bir kitab olduğunu düşünürəm. Ən əsasıda oxuduğca həyatı müxtəlif cəhətdən görüb analiz etməy olur... Oxuyan hər kəsə xoş mütaliyələr...
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
·
Puan vermedi
·
Beğendi
·
20 günde okudu
Əsərin gedişatı boyunca bir neçə dialoqlar məni çox sıxmışdı, bəzilərini hətta yersiz uzatmalar hesab edirəm. Bundan başqa əsər hər baxımdan möhtəşəm idi. Xüsusən də Dostoyevski'nin bütün personajları mükəmməl şəkildə təsvir etməsi. İstər xarakter, istər zahiri görünüş, istər keçirtdikləri hiss və həycan, istərsə də onların düşüncə tərzi, fikirləri.. Əsərin baş qəhrəmanı Raskolnikov'un düşüncəsinə görə insanlar iki yerə bölünür; adi və qeyri adi insanlar. Adi insanlar bütün qanunlara tabe olmalı, qanundan kənara çıxmamalı və buna uyğun şəkildə yaşamalıdır, qeyri adi insanlar isə öz xoşbəxt həyatları naminə hətta onlara mane olan insanları öldürə də bilərlər. Əsərin qayəsini də məhz bu fikir təşkil edir ki; mənim hər hansı əxlaq qanununu pozmaq hüququm varmı? Bu fikirlə Raskolnikov öz düşüncəsinə görə cəmiyyətə lazım olmayan, yoxsulları sorub talayan, sələmçi bir qarını öldürür və bütün hadisələr də elə buradan başlayır. Mən mövzu baxımdan bir-birləri ilə heç bir əlaqəsi olmasa belə, Raskolnikov'un vicdan əzabı çəkməsini "The Machinist" filmindəki Trevor (Christian Bale) obrazına bənzətdim. Hər ikisinin də vicdan əzabından yemək yeyə bilməməsi, taqətdən düşməsi, bədəninin zəifləməsi, gözlərinə xəyal görünməsi və s. Ümumilikdə əsər məndə duyğusal hisslər də oyatmış oldu, xüsusən Raskolnikov'un Sonya'ya etirafı və Sibirdə'ki dialoqu. Bir başqa duyğusal səhnə isə Svidriqaylov obrazı ilə Dunya'nın otaqdakı dialoqu idi. Oxumayanlar varsa, birgün mütləq oxumalıdır, məncə.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
9/10 puan verdi
·
Beğendi
Dostoyevski bu kitabda "Raskolnikov" obrazının dilindən təxminən 300-301- ci səhifədə "Pofiri Petroviç" ilə olan dialoqunda: İnsanların Adi və Qeyri-adi olaraq iki qurupa bölündüyünü söyləyir. Sizcə yazar bununla nə demək istəyirdi? Ən əsas məsələ isə Adi və Qeyri-adi insanları bir-birində necə ayırd etmək olar?
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
636 syf.
8/10 puan verdi
·
Beğendi
Sadəcə bu nəşri oxuyun. Digər nəşrlərin dili olduqca qəliz və sanki google'də tərcümə edib yapışdırlıb kimi yazılmışdır. Kitaba gəldikdə ilk dəfə oxuyarkən anlamaq çətin olacaqdır, lakin 2-ci və 3-cü oxunuşda artıq daha yaxşı anlayacaqsınız.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,6bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.