"Çətinliklər sadəcə tənbəl insanların uydurduqları bir nağıldır və hər bir insan yaradılışın ona verdiyi batini güclə ən yüksək zirvələri belə hər bir şəraitdə fəth edə bilər."
Hz.Əlinin(ə.)fikrincə,insanın həyatı 3 yerə bölünür:birincisi,gəlib-getmiş və heç kəsə lazım olmayan keçmişi,ikincisi, yaşadığı və bir daha qayıtmayacaq olan bu günü,üçüncüsü, xəyaldan ibarət olan qeyri-müəyyən gələcəyi.
Özünüzü işlərin yaxşı tərəfini görməyə adət etdirin. Unutmayın ki, bütün hadisələr müqayisə nəticəsində pis və ya yaxşı olurlar. Bilin ki, başınıza gələn ən pis hesab etdiyiniz işin belə dərinliyində yüzlərlə sizin üçün fayda və yaxşılıq cəhəti qərar tapmaqdadır. Sadəcə, onları görmək lazımdır.
Yaxşı və pis günlər gecə və gündüzün fəaliyyətinə bənzəyir.Yer kürəsinin bir hissəsində Günəş çıxan zaman digər hissəsi qaranlığa bürünər.Günün digər yarısı isə yerini dəyişər.İndi,sizcə, hər hansı bir ölkənin insanlarının Günəşi yalnız özləri üçün istəmələri və gündüzün yalnız onlarda olmasını tələb etmələri düzgündürmü?...
"Ola bilsin ki, bir şeyi bəyənməyib pis hesab edəsiniz, lakin o sizin üçün xeyirli olsun. Həmçinin sevib bəyəndiyiniz bir şey də sizin üçün zərərli olsun. Allah bilər, siz bilməzsiniz".
"Bəqərə” surəsi, ayə 216