Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çətin Olsa da, Həyat Davam Edir

Rövşen Abdullaoğlu

Sözler ve Alıntılar

Tümünü Gör
"Çətinliklər sadəcə tənbəl insanların uydurduqları bir nağıldır və hər bir insan yaradılışın ona verdiyi batini güclə ən yüksək zirvələri belə hər bir şəraitdə fəth edə bilər."
Hz.Əlinin(ə.)fikrincə,insanın həyatı 3 yerə bölünür:birincisi,gəlib-getmiş və heç kəsə lazım olmayan keçmişi,ikincisi, yaşadığı və bir daha qayıtmayacaq olan bu günü,üçüncüsü, xəyaldan ibarət olan qeyri-müəyyən gələcəyi.
Reklam
Özünüzü işlərin yaxşı tərəfini görməyə adət etdirin. Unutmayın ki, bütün hadisələr müqayisə nəticəsində pis və ya yaxşı olurlar. Bilin ki, başınıza gələn ən pis hesab etdiyiniz işin belə dərinliyində yüzlərlə sizin üçün fayda və yaxşılıq cəhəti qərar tapmaqdadır. Sadəcə, onları görmək lazımdır.
Yaxşı və pis günlər gecə və gündüzün fəaliyyətinə bənzəyir.Yer kürəsinin bir hissəsində Günəş çıxan zaman digər hissəsi qaranlığa bürünər.Günün digər yarısı isə yerini dəyişər.İndi,sizcə, hər hansı bir ölkənin insanlarının Günəşi yalnız özləri üçün istəmələri və gündüzün yalnız onlarda olmasını tələb etmələri düzgündürmü?...
Hər çirkinliyin belə bir gözəlliyi vardır, ilk olaraq, o gözəlliyə diqqət etmək, həyatda hər şeyə yaxşı tərəfindən yanaşmaq lazımdır.
Qəlbdən gələn söz qəlbə oturar. Nizami Gəncəvi
Sayfa 196 - Qədim QalaKitabı okudu
Reklam
"Ola bilsin ki, bir şeyi bəyənməyib pis hesab edəsiniz, lakin o sizin üçün xeyirli olsun. Həmçinin sevib bəyəndiyiniz bir şey də sizin üçün zərərli olsun. Allah bilər, siz bilməzsiniz". "Bəqərə” surəsi, ayə 216
Sayfa 270 - Qədim QalaKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.