Yorumlar ve İncelemeler

Tümünü Gör
643 syf.
9/10 puan verdi
·
21 günde okudu
Bitirərkən dünyasından çıxa bilmədiyim bir kitab daha...
Gözəlliyə məftunluq... Zərif hisslərin dərinliyi və bunun verdiyi dözülməz ruhi iztirablar... Qadın füsunkarlığının aliləşdirilməsi... Şöhrət xülyası... Və daha nələr...nələr... "Dahi" Drayzerdən oxuduğum ikinci kitab oldu və olduqca sevdim. Yucin Vitla obrazını unuda bilməyəcəyim mütləqdir. Onun məhəbbət, evlilik, azadlıq haqqındakı
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019167 okunma
Reklam
852 syf.
·
Puan vermedi
Dahi və dahilik anlayışı nədir? Əslində yazıçı burda bu adı kinayə ilə seçmişdir. Yucin Vitla obrazında biz dahiliyin tam əksini görmüş olsaq da əslində obraz olaraq çox bəyənirəm. Səbəbi isə bir çox ortaq cəhətlərimizin olmağıdır. Sadə bir misal;Yucin sırf evlənmək üçün evlənmək istəmir, o qarşı cinsdə hər şeyin daha gözəlin axtarır və həyatında olan hər qadında sadəcə bunların hamsı da olmasa bir neçəsini tapdığı üçün müəyyən zamanı onunla keçirir. Bu da təbii ki, Yucinə yetmədiyi üçün yarım buraxmış olurdu. İncəsənət insanları üçün sevginin adi olmadığı və necə əlçatmaz bir zirvə olduğu bu əsərdə Yucin obrazı ilə öz təsdiqini tapmış olur. Sevdiyim əsərlər sırasının öndəgedənlərindəndir:)
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019167 okunma
852 syf.
6/10 puan verdi
·
23 günde okudu
Yucin dahi midir?Mence,deyil.Çunki onun istedadi var idi lakin burda dahilikden soz ola bilmez.O istedadindan da istifade ede bilmirdi. Drayzer'den bugune qeder oxudugum kitablarin hamisini sevmisem lakin bu kitabi hec seve bilmedim.Hadiseler cox tekrarlanirdi.Demek olar ki,eyni hadiseler bas verirdi yer ve sexsler ferqli olurdu.Yucin isinde ugur qazanir yene bir qadin tapib onu sevir Ancela bunu oyrenir Yucin ozunu duzeldirdi.Bele hadise 3-4 defe tekrar olundu.Yucin ozu de dusunurdu ki,men niye basqalari kimi sedaqetli ola bilmirem?Bu insan sehvlerinde pesman olub ders goturmurdu.O zaman onun dahiliyi kime lazimdi.Bir yaxsi ceheti var idi ki,isinde düz idi.Kitabda Yucin en azi 6,7 qadini sevir lakin men onun hec bir qadini sevdiyine inanmiram.Sadece gozelliklerini sevir
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019167 okunma
808 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Gənc və xəyalpərəst bir oğlan özünü olduğu mühitə aid hiss etmir, xəyalları və hələki inkişaf etdirilməyi gözləyən istedadı ilə yola çıxır və hadisələr başlayır. Əgər sevgi, sədaqət mövzusunda həssassınızsa(sadəcə bir nəfər olsun, sonsuza qədər onunla davam edim düşüncəsinə sahibsinizsə) Yucini heç sevməyə bilərsiz. Mənə görə Yucin elə çoxumuzun iç üzüdür. Bu kitabda üzərində düşünəsi və müzakirələr aparası fikirlər çoxdur. Sevgiyə fərqli yanaşma, incəsənətlə maddi dünyanı bir araya gətirmək istəyəndə pozulan ahəng, spiritualism və dinə aid fikirlərdəki reallıqlar və.s oxumaq istəyirsinizsə bu kitabı bəyənəcəksiz. Drayzer isə hal-hazırda olduğum düşüncəyə görə, əsl Dahidir. Bəlkə də zaman keçdikcə, yeni yazarlarla tanış olduqca Yucinlə ortaq cəhətlərimdən biri olan hər şeydən sıxılmaq xasiyyətim bunu da dəyişər. Yenə də sevdiyim yazarlardan olacaq.
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014167 okunma
Reklam
808 syf.
·
Puan vermedi
Sevdiyim üç obrazdan biri- Yucin Vitla
Yucin Vitla- sevdiyim, unuda bilmədiyim obrazlardan biridir, bəlkə də birincilərdəndi. Martin İden Yucin Vitla Roberta Cordan Cərrah Ravik Drayzerin yazı dili, obrazları həyatdan, insanlardan seçməsi onu sevdirir, fikrimcə. Rəssam olan/ olmaq istəyən Yucin də bizlərdən biridir. Bəlkə də bəxti onda gətirib ki, Amerika kimi bir ölkədə dünyaya gəlib. Düzdü, çox sıxıntılar çəkib, çox səhvlər etsə də sonunda istədiyinə nail olur. Sevilən bir rəssam olmağı bacarır. Yucin üzləşdiyi problemlərdən qaçmır, hədəfindən arzusundan vaz keçmir, səhvlərindən nəticə çıxarır. Düzdü bəzi səhvlərindən nəticə çıxarsa da, bu heç nəyi dəyişmir. Onu çox sevən qadını itirir. Uzun sözün qısası oxumaq lazımdı Cənab Vitlanın hekayəsini.
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014167 okunma
%72 (585/808)
6/10 puan verdi
·
Beğendi
Bu kitabı çoxdan oxumuşdum. Ve cox da məyus olmuşdum. Həqiqi sevginin olmaması fikrini yaradır insanda. Sanki Yucin həyarını boşa yaşamış kimi hiss edirdim. Sevə bilməyən yalnız ötəri hislər keçirən baş qəhrəman oxucunu da həyatdan soyudur... :/
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014167 okunma
808 syf.
·
Puan vermedi
·
210 günde okudu
Əsərdə hər şey çox xırdalığı ilə anladılıb,bu biraz insanı yorurdu.gec bitirməyimə baxmayaraq süjet xətti maraqlı idi.Hər kəs fərqli dəyərləndirsə də baş rolu(Yucin) ,mənə görə obraz vəfasız,sədaqətsiz idi.Həyat yoldaşı (Ancela)onu nə qədər sevsə də,o bununla yetinməyib başqa qadınları seçirdi.Ancelanın səhvləri olsa da ona bir qadın kimi ürəyim ağrımışdı,Onun çəkdiyi iztirabları düşünərək kədərlənirdim.Yucin isə sonradan böyük səhv etdiyinin fərqinə varmışdı.Lakin artıq gec idi.Ancela yox idi və bir daha geri gəlməyəcəkdi..Onu hər an xatırladan xatirələri və balaca Ancelası qalmışdı..
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014167 okunma
808 syf.
9/10 puan verdi
Teodor Drayzer - Dahi
Uzun-uzadı danışmaq istəmirəm və bunu sevmirəm.Bu kitab sözsüz ki, bir klassikdir.Hər kəsə oxumağı tövsiyə edirəm, xüsusən də 18-25 yaşlarında olan gənclərə.
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014167 okunma
Resim