1938 ildə Silifkede 11 ci uşaq olaraq başlayan bir həyat, çox kiçik yaşda ana itgisi, Ankaraya gedişi, psixologiya bölümü, Amerika yolculuğu, evliliği, uşaqları ,etirafları hər şeyi o qədər səmimi danışıbki. Professor olsada səhvlər etdiyini və səhvləri ilə üzləşdiyini deyir. Burdanda bunu anlayırıq ki heç bir qiymətli bacarıq bizə qızıl nimçədə verilmir. Çabalamaq və qazanmaq lazımdır təməl qanunu budu. Inkişaf etmək , müşahidə etmək, hökm vermədən anlamağa çalışmaq həyatımıza anlam qatan dəyələrdi. Kitabları, fikirləri, öz hekayəsi, təbiiliyi və gülən üzü ilə bir çox insanın həyatına toxunmuş iz buraxmışdır. Səmimi, açıq ürəkliliyi, öyrədici söhbətləri və bir birindən dəyərli kitabları ilə Türkiyənin ən böyük dəyərlərindən biri olan Cüceloğlunun doğulduqdan bu yana olan həyatından, yaşanmışlıqlarından bəhs edir bu kitab. Biraz uzun gələ bilər amma bir psixoloqun keçdiyi həyat yolunu məncə bir kitaba sığışdıra bilmək ancaq bu qədər ola bilərdi. O qədər səmimi müsahibə verərək həyatını danışıb ki oxuyarkən heç sıxılmırsınız. Bu kitabda çıxardığı öz həyat dərslərindən görünür ki ondan öyrənəcəyimiz çox şey var. Uzun uzun yazmağ isteyerem amma oxumanız lazımdı bu kitabı. Mən bu günə kimi belə səmimi bir kitab oxumamışdım. Müsahibə xarakterli olduğu üçün sıxıcı gələr deyə düşündüm. Lakin düşüncəmdə məni yanıldan bu kitabı oxuduğum üçün çox şanslıyam .