kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...
ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...
qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ,
deyə ki, qaytarın yarpaqlarımı!
Bazen insan mutlaka birinin yanında olmaya, ya da yanında birisinin olmasına mutlak ihtiyac duyar ya. İşte o zamanlardakı en iyi arkadaşımdır bu kitap.
Darıxmağın AdıŞəhriyar Del Gerani · Yazıçı Nəşriyyatı · 20156 okunma