- Necəsən?
- Canım, gecənin bu vaxtında buna görə zəng eləmisən?
-Eeeh. Adamın həvəsini öldürmə də.
- Yaxşı, yaxşı, küsmə.
- Gör, nə deyirəm.
- Sənin mənə aldığın hədiyyəni oxuyurdum...
- Nəyi?
- Kitabı deyirəm də.
- Hə, gülüm. Çox gözəl.
- Ordan bir dənə şeiri oxumaq istəyirəm sənə.
- Oxu, canım.
- Bax bəri başdan deyim ki, sən də məni belə sev. Yaxşııı?
- Yaxşı, gülüm. Oxu görək.
- Hə başlayıram. Şeirin adı "İnsan gibi"dir.: Yaşadım, Tanrım, Yarım və uluorta. Bir dahaki hayatta, "
(İxtiyarsız olaraq onun sözünü ağzında qoyuram.)
- Canım, olar qalanın da mən deyim şeirin?
O təəccübqarışıq bir ifadə ilə:
- Əzbər bilirsən?!
- "Varsa öyle bir hayat,
Şiir yazarmıydım bilmiyorum.
Ama kadınlar, Tanrım,
Öyle sevdim ki onları,
Gelecek sefer dünyaya kadın olarak gelirsem,
Eşcinsel olurum."