Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dəccal Sözleri ve Alıntıları

Dəccal sözleri ve alıntılarını, Dəccal kitap alıntılarını, Dəccal en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yaxşı nədir ? -İnsanda güc duyğusunu ,güc istəyini,gücün özünü artıran hər şey. Pis nədir? -Zəiflikdən yaranan hər şey.
Sayfa 11 - "Hədəf"nəşrləri
Həqiqi həyat ,eqoist həyat tapılmışdır-vəd edilmiş də deyil,onsuz da buradadır,sizin içinizdədir: sevgi içindəki həyat,cazibəsiz və məhdudiyyətsiz,məsafəsiz sevgi içindədir.
Sayfa 62 - "Hədəf"nəşrləri
Reklam
"Doğrusunu sizə deyirəm :Burada dayananlardan bəziləri vardır ki,Allahın mələyinin qüdrətlə gəldiyini görmədən ölümü heç dadmayacaqlar."(Mark.9,1) -Əla yalan danışırsan,Aslan...
Sayfa 98 - "Hədəf"nəşrləri
Əslində,tək bir xristian vardı,o da çarmıxda öldü. "Evangelium"çarmıxda öldü.
Sayfa 82 - "Hədəf"nəşrləri
Bir şeyin yalnız şüurlandırılmaqla yetkin hala gətiriləcəyini müdafiə edirik -"saf ruh" saf axmaqlıqdır.;sinir sistemini və duyğuları ,"ölümlü bədəni "diqqətdən kənarda qoymaq səhv düşüncədən başqa bir şey deyil.
Sayfa 29 - "Hədəf"nəşrləri
Müqavimət göstərməz,haqqını qorumaz,başına gələ biləcək ən son şeyə qarşı belə özünü müdafiə edəcək bir şey etməz ,tərsinə,meydan oxuyar ona...Və özünə pislik edənlərlə birlikdə utanar ,acı çəkər ,pislik edənlərə ağrıyar,onları sevər...Çarmıxda gözətçisinə söylədiyi bütün "Evangelium"u yekunlaşdırar. "Doğrudan da müqəddəs bir insan imiş ,bu ,Tanrının oğluymuş"dəyər gözətçi. "Bunu hiss edirsənsə,"-deyə cavablar onu Xilaskar-"sən cənnətdəsən demək,sən də Tanrının bir övladısan demək"...Özünü qətiyyən müdafiə etməmək ,heç hirslənməmək,heç məsuliyyət hiss etməmək...Pisliyə də müqavimət göstərməmək;onu sevmək...
Sayfa 76 - "Hədəf"nəşrləri
Reklam
Buddizmin teşvikedici nakaratı
Düşmənçiliyin çarəsi düşmənçilik deyil.
Sayfa 41 - "Hədəf"nəşrləri
Aldanmamaq: "mühakimə etməyin"deyirlər,amma yollarında dayanan hər şeyi cəhənnəmə göndərirlər. Tanrının mühakimə etməsini təmin edərək ,özləri mühakimə edirlər ;tanrını ucaltmaqla özlərini ucaldırlar;tam da öz əldə edə biləcəkləri-sonra sağ qalmaları üçün lazım bildikləri-ərdəmləri təşviq etməklə,özləri ilə guya fəzilət uğrunda güləşirlər,fəzilətin azadlığı üçün döyüşürlər görüntüsünü yaradırlar. "Biz yaxşı üçün yaşayırıq ,ölürük,özümüzü qurban edirik"("həqiqət üçün", "işıq"üçün, "tanrının mələyi"üçün).Əslində etdikləri etməməli olduqlarıdır.Qorxaq üslubları ilə gizlənərkən,küncə çəkilərkən,kölgələrdə kölgələr kimi yaşayarkən bunu bir tapşırıq halına salarlar;tapşırıq olaraq görülüncə,həyatları təvazökar kimi görünər,təvazökarlıq isə fəzilətlərinin bir dəlili olar...Ah,bu təvazökar,iffətli,gözəl ürəkli yalançılıq!
Sayfa 96
Ölüm bir körpü deyil,bir keçiş deyil;yoxdur o,çünki tamamilə başqa ,yalnız görünən ,yalnız obraz əhəmiyyətli bir dünyaya aiddir.
Sayfa 74 - "Hədəf"nəşrləri
Tanrıya ,yəni rahibə ,"Qanun"a itaətsizlik artıq "günah"adlandırılır;"tanrıyla barışmağın yolu",bilindiyi kimi,rahibə boyun əyməyin də kökündən həll edilməsinin yoludur: ancaq rahib "xilas edə ,qurtara " bilər...Psixoloji olaraq hesablasaq,rahiblərin ətrafında təşkilatlanmış hər cəmiyyətdə "günahlar"olmadan heç nə mümkün deyil:onlar, gücün həqiqətini,reallığını göstərmək üsuludur; rahib günahlar sayəsində yaşayır , "günah işlənməsi "onun üçün vacibdir...Əsas qanun: "Kim ki,tövbə edər ,Tanrı da onu bağışlayar " -çevirsək: kim ki rahibə boyun əyər...
Sayfa 57 - "Hədəf"nəşrləri
Reklam
Kimin həqiqətdən yalanlar yoluyla qaçıb xilas olmaq üçün səbəbləri var ?-Həqiqətdən əzab çəkənin. Amma həqiqətdən əzab çəkmək ,özü bir bəxtsiz həqiqət deməkdir... Xoş olmayan duyğuların ,xoş duyğulara ağırlıq yaratması idi...
Sayfa 31 - " Hədəf"nəşrləri
Ağıllandıq artıq.Hər baxımdan daha təvazökar olduq ,insanı artıq "ruh"dan, "ilahilik"dən yaratmırıq.Onu geri,heyvanların arasındakı yerinə qaytarırıq.Ən güclü heyvandır o bizim üçün,çünki ən hiyləgəridir; ruhaniyyəti bunun bir nəticəsidir.
Sayfa 28 - "Hədəf"nəşrləri
Burada ortaya qoyduğum problem ,varlıqların sıralamasında insanlığın yerinin harda olması problemi deyil (insan bir sondur):problem,hər hansı tip insanın ,daha yüksək qiymətə layiq olmasıdır.Yaşamağa dəyərli ,gələcəyi daha güclü olaraq yetişdirilməsi lazımdır.Bu həll olunması arzulanan problemdir.
Sayfa 12 - "Hədəf"nəşrləri
Xoşbəxtlik nədir? -Gücün artması hissi,bir maneənin aşılması hissi.
Sayfa 11 - "Hədəf"nəşrləri
Yəhudilər dünya tarixinin ən maraqlı xalqıdır ,çünki olmaq ya da olmamaq sualı ilə üz-üzə gəldiklərində ,hiyləgər bir şüurla,nə bahasına olursa olsun ,olmağı seçdilər.
Sayfa 49 - "Hədəf"nəşrləri
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.