Dede Qorqud

Anar Rzayev

Dede Qorqud Sözleri ve Alıntıları

Dede Qorqud sözleri ve alıntılarını, Dede Qorqud kitap alıntılarını, Dede Qorqud en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Oğul, bəlkə səni də evləndirmək gərək? - Bəli, əziz ata, evləndirmək gərək. - Kimin qızını alaq sənə? - Ata, mənə bir qız al ki, mən yerimdən durmadan o dursun, mən atımı minmədən, o minsin. - Oğul, sən qız istəməzsən, bir igid pəhləvan istərmişsən ki...
Reklam
- Oğlan, nə qazırsan belə? - Gor qazıram, Dədə. - Kiminçün qazırsan bu goru? - Səninçün, Dədə...
Nə etdin, Qaraca Çoban...(:
...atdığı daş yerə düşməzdi. Yerə düşsə də top kimi sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdüyü yerdə üç il ot bilməzdi. Qaraca Çobanın acığı tutanda iri bir daşı götürüb əlində sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı vardı. Onu yanınca sürüdükcə torpağa xış kimi cızıq salardı.
- Oğlan, oğlan, ay oğlan! Əlim-ayağım sənə dəyməmiş qayıdıb dön burdan! - Hərzə-mərzə söyləmə, itim Təpəgöz! Alp ərə qorxu vermək eyib olur, bəri gəl, vuruşaq!
Burla xatun Qazana, Qazan Burla xatuna baxdı, ürəklərinə məhəbbət odu düşdü...
Reklam
- Beyrək gedəli təpə başına çıxdınmı, qız? Uzun-uzun yollara baxdınmı, qız? Gecə kimi qara saçını yoldunmu, qız? Ala gözdən acı yaşlar tökdünmü, qız? Gələnindən, gedənindən Beyrək xəbərin sordunmu, qız? - Ağladım, ozan, sızladım, ozan, neçə illər gözlədim, ozan. Şahbaz iyidim gəlməz oldu...
Biz tacirlərin ömrü qürbət ellərdə keçir, torpağımızı torbada daşıyırıq ki, işdi, birdən yad yerdə düşüb ölsək, qəbrimizin üstünə öz torpağımızdan bir ovuc atılsın...
- Hanı dediyim o ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı! Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!..
Banıçiçək yerdən bir dəstə ot dərib Beyrəyə uzatdı: -Al, - dedi - yovşandır. Bunu iyləyib məni yada sal...
Reklam
İncə donlum, yer basmayıb yeriyən! Başım baxtı, evim taxtı, sevgilim! Evdən çıxıb yürüyəndə sərv boylum! Badam yesə boylu görünən incə bellim! Topuğunda sarmaşanda qara saçlım!
Sorağını sorun...
Uca dağlardan keçər olsaz, uzaq-uzaq ellərə yetər olsaz...
Dağ kultu.
- Niyə dağlara baxanda həmişə yaşmaqlanırsan, üzünü gizlədirsən? - Bunu bizə anamız öyrədib, ona da nənəmiz öyüd verib. Deyirlər ki, Qazılıq dağı bizim - Oğuz qızlarının, gəlinlərinin qayınatasıdır. Bu dağı görəndə gərək sifətimizi örtək.
Ah Ismayil
“Şah İsmayıl dövründən Təbrizin Qəmərindən Sizə bir nağılım var, Qulaq asın, a dostlar!”
31 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.