Dede Qorqud

Anar Rzayev

Quotes

See All
- Oğul, bəlkə səni də evləndirmək gərək? - Bəli, əziz ata, evləndirmək gərək. - Kimin qızını alaq sənə? - Ata, mənə bir qız al ki, mən yerimdən durmadan o dursun, mən atımı minmədən, o minsin. - Oğul, sən qız istəməzsən, bir igid pəhləvan istərmişsən ki...
Reklam
- Hanı dediyim o ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı! Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!..
İncə donlum, yer basmayıb yeriyən! Başım baxtı, evim taxtı, sevgilim! Evdən çıxıb yürüyəndə sərv boylum! Badam yesə boylu görünən incə bellim! Topuğunda sarmaşanda qara saçlım!
Banıçiçək yerdən bir dəstə ot dərib Beyrəyə uzatdı: -Al, - dedi - yovşandır. Bunu iyləyib məni yada sal...
- Oğlan, nə qazırsan belə? - Gor qazıram, Dədə. - Kiminçün qazırsan bu goru? - Səninçün, Dədə...
Reklam
Nə etdin, Qaraca Çoban...(:
...atdığı daş yerə düşməzdi. Yerə düşsə də top kimi sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdüyü yerdə üç il ot bilməzdi. Qaraca Çobanın acığı tutanda iri bir daşı götürüb əlində sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı vardı. Onu yanınca sürüdükcə torpağa xış kimi cızıq salardı.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.