Deli Kür Reviews

You can find Deli Kür reviews, Deli Kür book reviews, Deli Kür ratings on 1000Kitap.
512 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 9 days
Salam. Bu gün “Dəli kür” romanı haqqında fikirlərimi bölüşəcəm. Bu roman Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biridir. İsmayıl Şıxlı bu əsəri 9-10 il ərzində yazıb bitirib (1956-1966, 67-ci illər). Bəziləri deyir ki, Cahandar ağa İsmayıl Şıxlının babası olub, bəziləri də dayısı olduğunu qeyd edir. Yəni bu əsər həqiqətlər əsasında yazılıb.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014770 okunma
512 syf.
·
Not rated
Azərbaycan klassiyi çox tərəddüdlə oxumağa başlamışdım kitabın qalınlığı və klassik olması qorxudurdu biraz.. kitab çox axıcı irəlləyir, mövzudan mövzuya çox incəliklə keçməyi başarır qətiyyən ağır kitab deyil. Önyargılı davranıb indiyə kimi oxumamağımın səbəbi də bu idi deyəsən. Əsər cahilliyimizi üzümüzə vurur, Cahandar ağanımı günahlandırsam Şamxalımı Mələyimi yoxsa Zərnigar xanımı qərar verə bilmədim. Bir səhv neçə doğrunu yıxa bilər görəsən? Cahandar ağa kimi kənddə toxunulmaz biri ama bir səhvi bütün həyatını alt üst etmədi mi? Hansı səhv? Axı dədə baba adətlərinə görə hərəkət etmişdi burda səhv nə var? Bəlkə zəmanə dəyişir və artıq bəzi dədə baba adətlərini unutmaq lazımdı. İndiki insanların dədə babalara nisbətən daha yaxşı qavrama və düşünmə qabiliyyətləri olduğunu necə inkar edək? Poçt Əhməd yoxx rus Əhməd yoxx uçitel Əhməd elə buna görə uşaqlara yazıb oxumağı öyrədib, onlara təmiz gələcək bəxş etmək istəyirdi. Cahandar ağanın oğlu Əşrəf Qori məktəbində oxuyarkən düşüncələri dəyişmiş insanlara qarşı daha mərhəmətli davranır və sadəcə özünü deyil digər insanları da düşünməsi, ən əsası artıq qılıncın yox qələmin daha güclü olduğunu dərk edir və bunu deməyə cəhd edirdi sanki. Əşrəfin Pakizəyə duyduğu təmiz sevgi ..və qoca dayının məsum və mərhəmətli ürəyi insanın qəlbinə toxunmağı bacarır. Əsərin filmi 1969 cu ildə çəkilib, film əsərlə müqayisə belə edilə bilməz, film çox dəyişdirilib. youtu.be/zNtf0E3ROF0
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014770 okunma
Reklam
512 syf.
·
Not rated
·
Read in 11 days
Əsəri əvvəlcə ixtisarla oxumuş biri olaraq bu qədər möhtəşəm olacağını düşünmürdüm. Düşünürəm ki, əsər dövrün hər bir incəliyini tam şəkildə əks etdirib. İstər ailə-məişət məsələlərində, istərsə də cəmiyyətdəki sosial problemlərdə. Əslində o vaxt olduğu kimi insanlar arasında danosbazlığın olması, bir tərəfdən xalqın maarifi, digər tərəfdən xalqın aşağı çəkilməsi üçün çalışanların mövcudluğu, “Molla Sadıqlar”ın satqınlığı bir növ indiki dövrdə də mövcuddur, nə qədər üzücü də olsa. Ən əsas orası qəribədir ki, Cahandar ağanın tutduğu bütün pis işlərə baxmayaraq mən bu obraza qarşı nifrət hiss edə bilmədim. Əksinə, hər səhnədə, xüsusilə də son səhnələrdə ona qarşı mərhəmətim artırdı...Bu da, yəqin ki, yazıçının məharətindən - Cahandar ağanın pis əməlləri ilə onun başına gələn və oxucuda mərhəmət hissi doğuran hadisələrin tarazlıqda olmasından qaynaqlanır. Belə. Bir sözlə, möhtəşəm. Yaradılan obrazlar, ən əsas da Cahandar ağa unudulmayacaqlar mənim tərəfimdən...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014770 okunma
512 syf.
10/10 puan verdi
·
Read in 17 days
İsmayıl Şıxlının məşhur əsəri olan Dəli Kür romanı məndə çox gözəl iz buraxdı. Bu kitabı təkrar oxuya bilərəm, romana əsaslanaraq filmin çəkilməsi necə güclü əsər olduğunu bizə göstərir.Əsər o qədər güclü əsərdir ki, dövrün tənqidçiləri bu əsər haqqında fikir deməkdən bir qədər (əslində çox) çəkinmişlər. Əsəri oxuduqda biz də bir sual yaranır?
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014770 okunma
400 syf.
10/10 puan verdi
·
Read in 4 days
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005770 okunma
400 syf.
10/10 puan verdi
·
Read in 17 days
İsmayıl Şıxlı - Dəli Kür
Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, yəqin ki, ən güclü romanlardan biri elə Dəli Kür'dür. Oxuduğum günlərdə Göytəpə kəndinin sakinləri ilə, Qori seminariyasinin müəllim və tələbələri ilə o qədər doğmalaşdım ki, düzünü desəm kitabdan ayrılmaq mənim üçün çətindi oldu. Hətta daha sonra İsmayıl Şıxlının kiçik bir müsahibəsini, hətta digər şəxslərin roman haqqında fikirlərini də oxudum. Müəllifin özünün də dediyi kimi, obrazlar hədsiz canlı, yaddaqalan təsvir edilib. Sanki oxuduqca onlarla söhbətləşir, hadisələrin yaxın iştirakçısı olursan. Bildiyimiz kimi, əsər Cahandar ağanın başqa kənddən olan Mələyi qaçırması ilə başlayır. Kiminə görə mənfi, kiminə görə müsbət obrazdır Cahandar ağa. Ancaq düşünürəm ki, Cahandan ağa obrazını ya mənfi, ya da müsbət deyib məhdudlaşdırmaq olmaz. Çünki müəllif həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə bir insan yaradıb. Molla Sadığa qarşı mübarizə aparanların tərəfindədir və onun kənddə ağalıq etməsinə qarşıdır. Digər obrazlar rus Əhməd, Aleksey Osipoviç, Dmitri Dmitriyeviç romanda maarifçilik ideyalarının təmsilçiləridir. Onlar millətlərin təhsil alması üçün, şüurlarının oyanması üçün çalışırlar və bu yolda hər cür çətinliklə üzləşirlər. Mütləq oxunması gərəkən romanlardan biridir. PS. Roman əsasında film də çəkilib, lakin hədsiz çox fərqliliklər var.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005770 okunma
Reklam
33 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.