Amma mənə öz hekayəm daha əhəmiyyətlidir, nəinki hər hansı bir yazıçıya onun öz tarixçəsi. Çünki bu, təxəyyülün məhsulu, çox yəqin ki, mövcudluqdan uzaq bir şey yox, əksinə, əsl, özlüyündə yeganə olan canlı insanın - mənim şəxsi hekayəmdir. O ki qaldı əsl, canlı insana, bu gün bu haqda olduqca az bilirlər və indi təbiətin cəhdi olan qiymətli, yeganə varlığı hamılıqla məhv etmək dəbdəndir.