Qardaşım mənimlə çox maraqlanır. Elə yaxından maraqlanır ki, saçımı yolmasa, qolumu çimdikləməsə, mənə lağ etməsə, gülünc ad qoymasa, daya bilmir. Əlbəttə ki, mən də bu marağa biganə qala bilmirəm. Çünki bir qız böyük qardaşını heç vaxt diqqətsiz qoymamalıdır.