Dijital Dünyada Çocuk Büyütmek

Kristy Goodwin

Dijital Dünyada Çocuk Büyütmek Posts

You can find Dijital Dünyada Çocuk Büyütmek books, Dijital Dünyada Çocuk Büyütmek quotes and quotes, Dijital Dünyada Çocuk Büyütmek authors, Dijital Dünyada Çocuk Büyütmek reviews and reviews on 1000Kitap.
Kaliforniya Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, parça-tikə və ya xaotik ana qayğısı beynin inkişafını poza, yeniyetməlik və yetkinlik dövründə emosional pozuntulara səbəb ola bilər. Bu araşdırma sayǝsində aşkar edildi ki, qeyri-sabit ana qayğısı depressiv fərdlərin yetişməsinə səbəb olur.
2012-ci ildə aparılan bir araşdırma görmə sistemlərinin inkişafının tamamlanmamasına baxmayaraq, körpələrin beyinlərinin üzlərə böyüklərin beyinlərinə bənzər şəkildə reaksiya verdiyini ortaya qoydu. Uşaqlar, hətta yeni doğulmuş körpələr üzlərə adi əşyalardan daha çox baxırlar. Onlar bizim üzümüzə baxmaq istəyirlər. Həmçinin üzlərə baxdıqca beyinlərinin müəyyən hissələrində canlanma yarandığını da bilirik. Buna görə də bizimlə üzbəüz vaxt keçirmək uşaqların inkişafı üçün çox vacibdir.
Reklam
Varren Bekleitner deyir: "Texnologiya gübrə kimidir. Doğru zamanda bir az istifadə edin, bitki çiçək açacaq. Çox və ya yanlış istifadə etsəniz, bitki quruyacaq".
Mövcud tövsiyələrdə bütün "ekranlar bərabər tutulur. Bu, yanlışdır. "iPad"də bir saat hekayə yaratmaq bir saat zorakılığı təbliğ edən kompüter oyunu oynamaqdan fərqlənir. "Skype" da nənə ilə söhbət etmək televizora baxmaqla eyni deyil. Bunlar keyfiyyətcə fərqli təcrübələrdir.
Bir texnologiyanın nə qədər vaxt ərzində 50 milyon istifadəçiyə çatdığını göstərən rəqəmlərə nəzər salaq. Doğrudan da, heyrətamizdir. Radio (ilk simsiz radio) 38 ilə, telefon 20 ilə, televi- zor 13 ilə, mobil telefon 12 ilə, internet 4 ilə, "Facebook" 2 ilə, "YouTube" 1 ilǝ, "Angry Birds" isə 35 günə...
Geri110
105 öğeden 101 ile 105 arasındakiler gösteriliyor.