Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?

Lev Tolstoy

Oldest Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir? Posts

You can find Oldest Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir? books, oldest Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir? quotes and quotes, oldest Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir? authors, oldest Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir? reviews and reviews on 1000Kitap.
Bugünkü dünyamızın insanları heç bir inancı olmadan yaşayırlar.
Sayfa 31
Eski yəhudi aforizmlərinin birində deyilir: “ İnsanın ruhu, Tanrının çırağıdır”. Bu Tanrı işığı ruhunda yanmadıqca, insan gücsüzləşir, bədbəxt bir heyvandan artıq ola bilmir. Bu işıq yanmağa başlayan kimi( özü də bu işıq yalnız gerçək dini inancla aydınlanmış ruhlarda yana bilir ), insan dünyanın çox qüdrətli bir varlığına çevrilir. Bu, başqa cür ola da bilməzdi, axı bundan sonra artıq insanda özünü göstərən öz gücü yox, ilahi güc olur. Bax, din bu deməkdir və onun mahiyyəti də elə budur.
Reklam
Fəlsəfənin və elmin dini əvəzləyə bilməsi haqqında deyilənlər kökündən yanlış olan düşüncələrdir və din ümumbəşəri bir dəyər, insanın mənəvi tələbatı olmaqla daima yaşayacaqdır.
İndiyədək insanlığı irəli aparan iki hərəkətverici qüvvə olmuşdur, bunlar fiziki güc və dindən ibarət idi. İndi isə, onların ikisinin də yerini elm tutduğundan, insanlığı hərəkətə gətirən bu mühərriklər gərəksiz və artıq şeylərə çevrilmişdir.
Bir çox insanın irəli sürdüyü, elmin dini əvəz edəcəyi fikri büsbütün əsassızdır, habelə, onların heç vaxt "yanılmayan" elmə əsaslanan baxışları eynilə, kilsənin heç vaxt yanılmadığını deyən ruhanilərin düşüncələrinə bənzəyir.
Elm adlanan dəyər, təsadüfi, bir-birindən asılılığı olmayan bilikləri bir yerə toplayır, habelə, bu biliklər çox vaxt kimsəyə gərək olmamasından başqa da, nəinki danılmaz həqiqətlərdən ibarət olur, əksinə, elmin bilik dediyi bu şeylər, çox halda, dərin yanılmalardan başqa bir şey deyildir, çünki burada, çox tez-tez, bu gün doğru sayılanların sabah yanlış olduğu üzə çıxır və elm, arasıkəsilməz, öz doğru bildiklərini danmalı olur.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.