Dinin Kısa Tarihi

Richard Holloway

Dinin Kısa Tarihi Gönderileri

Dinin Kısa Tarihi kitaplarını, Dinin Kısa Tarihi sözleri ve alıntılarını, Dinin Kısa Tarihi yazarlarını, Dinin Kısa Tarihi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həm İncil , həm Quran köləliyin mümkünlüyünü qəbul edirdi. Onlar həmçinin, qadınların tabeçiliyinə də normal yanaşırdılar. Beləliklə xoş olmayan bir faktla üzləşirik: müqəddəs yazılar insanları nəzarət altında saxlamaq istəyənlər üçün silah kimi istifadə edilə bilər
Sayfa 253Kitabı okudu
Allahın var olduqunu dini kitabların uydurma olduqunu göstərir
İndi Tanrının yeni sözü ilə israilliləri təəccübləndirən canlı peyğəmbərlərin əvəzinə, Tanrı tərəfindən bələdçilik edilən tarixlərinin hekayətinin və bundan sonra onların həyatını idarə edən qanunların toplandığı kitablar tərtib edildi. Və onlar "Səs" xalqından "Kitab" xalqına çevrildilər.
Reklam
Əslində , dini nifrət bəlkə də insani xəstəliyin ən ölüm saçan formasıdır, çünki o, kinə, ədavətə ilahi haqq qazandırır. İnsanlara nifrət etmək bir şeydir, çünki sən onların fikirlərini bəyənmirsən. Tanrının da onlara nifrət etdiyini və onları məhv etmək istədiyini söyləmək bir başqa şeydir.
İnsan iztirabının səbəbi istəkdir. Nə kişilər, nə qadınlar heç vaxt talelərindən razı olmayıblar. Onlar malik olmadıqları şeyə yiyələnməyə can atırlar. Ancaq istədikləri məqsədə nail olduqdan sonra tezliklə başqa bir arzu ortaya çıxır. Bu elə bir xəstəlik idi ki, hər kəs yoluxurdu və bundan qurtulmaq mümkün deyildi.
Ancaq çəkdikləri qəm-qüssə bu adamlarda Tanrı haqqında yeni fikir formalaşdırdı. Tanrı məbəddə qoyulmuş büt deyildi. O, heç Kənanda da qalmamışdı. Tanrı hər yerdə onlarla idi! O, Babildə də, Yerusəlimdə də onlarla idi. Misirdə də! Əslində peyğəmbərlərin dediyi kimi, Tanrı hər zaman, hər yerdə onlarla birlikdə idi. Əgər peyğəmbərlərin onlara dediklərini vaxtında anlamış olsaydılar, indi də onu hər yerdə görə bilərdilər! Amma indi onlar bu boşluğu doldurmaq istəyirdilər.
Bütə təklif etmək əvəzinə, Ibrahim qadını məsxərəyə qoydu: - Bütün ağzı yerindədir. Amma o sənin hazırladığın yeməyi nə yeyə, nə də sənə təşəkkür edə bilir. Onun əlləri var, amma o qarşısına düzdüyün yeməyin bir tikəsini belə götürə bilmir. Onun gözəl düzəldilmiş ayaqları var, amma o sənə tərəf bir addım belə ata bilmir. Bilmək istəyirsənsə, bunları düzəldənlər də, sitayiş edənlər də bu əşya qədər axmaq və lazımsızdırlar.
Reklam
519 öğeden 601 ile 519 arasındakiler gösteriliyor.