Kitabı oxumağa başlayıb müəyyən yerə qədər gəldiyimdə “bitirən kimi haqqında yazmalıyam, daha çox oxunmalıdı” dedim. Amma indi İsmayıl Şıxlının on ilə yazdığı bu əsərə fikrimi bildirmək mənə çox çətin gəlir.
Əsəri oxumadan əvvəl də sujeti bilməyimə baxmayaraq kitabı oxuyanda hər dəfə, hər dəfə başqa hislərə daxil oldum. Üstün və aşağı təbəqənin bir-birinə təsirini, o vaxtkı cəmiyyətin baxışını, xüsusiylə Əşrəflə camaatın dialoqlarında şüurlu şəxslə düşünməyən camaatın arasında nə qədər fərq olduğunu, insanın onu anlamayan insanların içində necə tək qaldığını çox çox çox gözəl əks olunub. Bəzi yerlərdə Əşrəfin bacısına, qardaşına deməyə çox sözü olurdu, amma susurdu, bilirdi anlamayacaqlar. İncə nüans deyilmi? Çox :,)
Cahandar ağanın bəzən mükəmməl, bəzən çox iradlı hərəkətlər etməsi, bəzən qürurunu daş kimi edib, bəzən təviz verməsi... İnsanın özəti.
Bir də ən çox sevdiyim cəhətlərindən biri insanlara Kipianinin, Əhməd, Əşrəf və digər şüurlu şəxslərin timsalında dərrakəli insanın cilovunu tutula bilinməyəcəyi, bir yerdən sonra ədalətsizliyə, haqsızlığa dözə bilməyəcəyini aşılaması idi. Həssaslığımın çoxluğumdanmı, ya İsmayıl Şıxlının qələmindənmi bilmirəm , amma ədalətsizliyə etiraz edilən yerdə (461-462 səhifə) gözlərim belə doldu :,) çox qəşəng əsər idin, çox...