Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Karabağ Romanı

Dolu

Aqil Abbas

Sözler ve Alıntılar

Tümünü Gör
Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənən Tanrı yorulmuşdu..
Sayfa 126
..güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli, sənlik deyil. Sənə dəyən gülləni eşitməyəcəksən.
Sayfa 105
Reklam
Qulaq as, Nietzsche deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz. Hələ onu da Allah bilir sevəcəksiz, ya yox! Nə isə...
Sayfa 36
..bu uşaqlar nə tez qocaldılar. Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına, sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da. Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular.
Sayfa 38
..insanlar insanlıqlarını itirirdilər.
Sayfa 69
Doğruya doğru..
-Bala, bəs bu Türklər niyə gəlmirlər? +Gəliblər, ay ana, gəliblər! ..-Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı.
Sayfa 48
Reklam
Yaralardan axan qanlar qurumamış insanlar hər şeyi unutmuşdular. Sanki bu dünyada heç nə olmamışdı, nə dünyanın ən varlı şəhəri, nə Qarabağ, nə şəhid, nə də qucaqlarda "əmi, qoyma ölüm" deyib can verən.. cavanlar -hər kəs öz işindəydi.
Sayfa 179
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.