Həyatdan ən son nə arzuladığınızı xatırlayırsınız?Gerçək olsaydı,nə olardı deyə düşünmüsünüzmü heç?Bu kitabı oxuduqdan sonra düşündüm ki,bəzi şeylər elə arzu olaraq qaldıqda daha gözəldir.İstədiyimiz hər şey gerçəkləşsə,daha qəmgin olar,o yükü daşıya bilməzdik.
İnsanın düşüncələri üzünə yansıyarmış,çirkin düşüncələr çirkin simalar doğurar.Bəs yaşlanmamağı,həmişə cavan qalmağı,çirkin düşüncələrimizin simalarımızı dəyişmədiyini arzulasaq,gerçək olsaydı necə olardı?
Portretdəki özünə,gəncliyinə aşiq olan Dorian,portretinin yaşlanıb dəyişməsini,özünün isə həmişə cavan qalmasını arzulayır və bu arzusu gerçək olur.Ən pis tərəfi isə bilirsinizmi nədir?İnsan öz etdiyi pisliklərin simasına yansıdığının fərqində olmur,amma Dorian portretində hər şeyə şahid olurdu,portret hər şeyi aşkar edirdi…
Doriana isə kitab qəhrəmanı olaraq nifrət etdiyimi deyə bilərəm…Narsistliyin zirvəsini yaşayan bir xarakterdir.Əslində günümüzdə də belə insanlar az deyil,amma kitabda o qədər bariz gözlər önünə sərilir ki düşüncələri,həyatda isə düşüncələri oxuya bilmirik.
Ən maraqlısı isə bu romanın bioqrafik roman olmasıdır.Həmçinin Oscar Wilde’nin yeganə romanıdır.Oscar Wilde bu xarakterlər üçün:”Basil Hallward mən olduğumu sandığım insandır;Dorian isə mənim olmaq istədiyim insandır,bəlkə başqa bir çağda…” deyə bəhs edir.
10/10