Dorian Qreyin Portreti

Oscar Wilde

Öne Çıkan Dorian Qreyin Portreti Gönderileri

Öne Çıkan Dorian Qreyin Portreti kitaplarını, öne çıkan Dorian Qreyin Portreti sözleri ve alıntılarını, öne çıkan Dorian Qreyin Portreti yazarlarını, öne çıkan Dorian Qreyin Portreti yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
128 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitabın adını bəlkə siz də eşitmisiz. Son günlərdə o qədər məşhur olub ki, demək olar hər gün qabağıma çıxır. Mən bunu çox əvvəllər oxumuşdum. Və deyim ki, bu qədər tanınmağı həqiqətən haqq edir. Elə kitablar var, onları bitirdikdən sonra bir müddət oturub boş-boş divarı izləyirsən. Bax bu kitab onlardan biridir. Kitabda Dorian adlı çox yaraşıqlı bir gəncdən bəhs edilir. Bəli çox yaraşıqlı çünki elə bütün başına gələnlər də bu yaraşığa görə olur. Dorian günlərini kef məclislərində keçirir, pullarını əyləncələrə xərcləyir. Və özünü həddindən artıq bəyənir. Bir gün ona portreti hədiyə edilir. Kimin hədiyə etdiyi dəqiq yadıma gəlmir amma bir rəssam dostu idi səhv etmirəmsə. Dorian portretə baxır və ona heyran olur. Evinin ən gözəl guşəsində qoyub hər gün ona baxır. Bir müddət keçdikdən sonra bir şey fərq edir. Portretin üzündə kiçik qırışlar görür. Buna əvvəlcə əhəmiyyət vermir amma portret hər keçən gün qocalır. Dorian buna dözə bilməyib portreti malikanəsinin ən qaranlıq otağına aparıb gizlədir. Üzərini də örtür. Bir gün Dorian portretə baxmağa gedir və çox qəribə bir şey görür.... Əsərdən çox yaxşı nəticələr əldə etmək olar. Ínsanın içindəki eqoistlik, özündənrazılıq bundan daha gözəl təsvir edilə bilməzdi. Mən oxumağı hamıya tövsiyə edərdim. Xoş mütaliələr!
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Altun Kitab · 073,8bin okunma
Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.
Reklam
Əsl gözəllik o yerdə bitir ki, orada düşüncə, idrak başlanır.
Özünə əzab vermək, özünü alçaltmaq bəzən insana həzz verir. Özümüzü günahkar çıxaranda, başqa heç kəsin bizi günahlandırmağa haqqı olmadığını hiss edirik.
Onlar unutmuşlar ki, insanın ən ali vəzifəsi onun öz qarşısındakı vəzifəsidir. İnsan gərək öz vəzifəsini anlaya.
Reklam
İnsan hər dəfə irəli addım atdıqca, özünə düşmən qazanır.
Bu ölkədə adam bir az elit, bir az da ağıllı olmağa çalışsa, dərhal cahil xalqın dilinə düşər.
Bu dünyada ən yaxşı şeylər həmişə axmaqlar və çirkinlərə qismət olur. Onlar rahatca oturub başqalarının mübarizəsinə tamaşa edə bilərlər. Qələbə sevincinin heç vaxt nə olduğunu bilməsələr də, məğlubiyyətin acısını da dadmazlar.
Bəs özünü mənəviyyat simvolu kimi göstərən bu insanların həyatı necədir?
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.