Xalq şairi Nəriman Həsənzadənin bu kitabına daxil edilmiş əsərlər – müxtəlif illərdə nəşr olunan şeir kitabları əsasında tərtib olunub.
Məqsədimiz gənlərimizi gözəl şairimizin yaradıcılığı ilə yaxından tanış etmək, poeziya janrına olan marağı daha da artırmaqdır.
Ümid edirik bu sahədə gördüyümüz işlər öz bəhrəsini verəcək.
Sizi bu şeirlərlə baş-başa buraxırıq..
"Elə dayanırsan, elə baxırsan,
elə bil qarşında quru bir daşam.
İpək saçlarını öpüb oxşayan
elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla