Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı?

Amin Oruc
Meşəyə Yeni il gəlib, bütün heyvanlar bayram ab-havasına bürünüb. Sevincləri aşıb-daşır, bir-birilərinə hədiyyələr hazırlayır, “Mötəbər Eşşək” tamaşasını dörd gözlə gözləyirlər. Amma Dovşan… Dikbaş, inadkar, küskün, heç kəslə deyib-gülməyən, ancaq ürəyinin dərinliyində gizli bir saflıq olan Dovşan şənliyə qatılmaq istəmir. Dovşanın dostu Ayıdan da bir xəbər yoxdur. Hamı nigarandır. Görəsən, onu Yeni il şənliyinə kim çağıracaq? Əlbəttə ki, Dovşan! O, qar-borana baxmır, “Dost dar gündə tanınar” deyib yola düşür. Bu, yeni bir qış nağılının başlanğıcıdır. Bu nağıl “Ayı nə üçün qış yuxusuna getmədi?”, “Arılar nə üçün Eşşəyi çaldı?”, “Tülkü nə üçün bütün gecəni yatmadı?”, “Mastı və Fil”, “Qorxulu meşəyə kim getdi?”, “Dovşanın gündəliyini kim götürdü?”, “Ayı meşədən küsüb, yox meşənin xəbəri” kimi əhvalatlardan ibarət olacaq.
144 sayfa

Yorumlar ve İncelemeler

144 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Meşəyə Yeni il gəlib, bütün heyvanlar bayram ab-havasına bürünüb. Sevincləri aşıb-daşır, bir-birilərinə hədiyyələr hazırlayır, "Mötəbər Eşşək" tamaşasını dörd gözlə gözləyirlər. Amma Dovşan... Dikbaş, inadkar, küskün, heç kəslə deyib-gülməyən, ancaq ürəyinin dərinliyində gizli bir saflıq olan Dovşan şənliyə qatılmaq istəmir. Dovşanın dostu Ayıdan da bir xəbər yoxdur. Hamı nigarandır. Görəsən, onu Yeni il şənliyinə kim çağıracaq? Əlbəttə ki, Dovşan! O, qar-borana baxmır, "Dost dar gündə tanınar" deyib yola düşür. Bu, yeni bir qış nağılının başlanğıcıdır. Bu nağıl "Ayı nə üçün qış yuxusuna getmədi?", "Arılar nə üçün Eşşəyi çaldı?", "Tülkü nə üçün bütün gecəni yatmadı?", "Mastı və Fil", "Qorxulu meşəyə kim getdi?", "Dovşanın gündəliyini kim götürdü?", "Ayı meşədən küsüb, yox meşənin xəbəri" kimi əhvalatlardan ibarət olacaq.
Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı?
Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı?Amin Oruc · Simurq Nəşriyyatı · 202015 okunma
Reklam

Yazar Hakkında

Amin Oruc
Amin OrucYazar · 3 kitap
Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan üç kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?”, ”Sarı və Mavi" isə seriyanın növbəti kitabıdır. Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir. Yazarın “Panda Pan vǝ Alma ağacı” kitabı isə bağışlamağın, barışmağın ki­­tabıdır.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.