Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

“Mənim həyatım”

Doxsanıncı İllərdə

Anton Çehov

Doxsanıncı İllərdə Sözleri ve Alıntıları

Doxsanıncı İllərdə sözleri ve alıntılarını, Doxsanıncı İllərdə kitap alıntılarını, Doxsanıncı İllərdə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sevmək və sevilmək nə böyük səadət və bu hündür qüllədən aşağı enməyə başladığını duymaq nə qədər dəhşətdir
Sayfa 127 - Parlaq imzalar
Nə üçün sevirəm səni, aydın gecə?
Sayfa 133 - Parlaq imzalar
Reklam
Sizin ictimai mövqe dediyiniz şey, kapitalla və təhsillə qazanılır. Sərvəti və təhsili olmayan adamlar isə bir parça çörəkpulunu öz əllərinin zəhməti ilə qazanırlar, bunların arasında bir istisna təşkil etməyim üçün mən heç bir əsas görmürəm.
Sayfa 23 - Parlaq imzalar
Mən inanıram ki, heç bir şey iz buraxmadan keçmir və ən kiçik hərəkətimiz, hər addımımız indiki və gələcək həyatımız üçün əhəmiyyət daşıyır.
Sayfa 155 - Parlaq imzalar
Rusiyanın əvvəli 862-ci ildən başlanır, mədəni Rusiyanın əvvəli isə, anladığıma görə, hələ başlanmamış.
Reklam
Sevmək lazımdır, hamımız sevməliyik, doğru deyilmi? Sevgisiz həyat ola bilməz. Kim məhəbbətdən qorxur, çəkinirsə, o, azad deyildir.
Amma mən çox istəyirdim ki, məni başa düşsünlər! Mən heç bir şeyə baxmayaraq, atamı və bacımı sevirəm, həm də onlardan icazə istəmək hələ uşaqlıq dövründən məndə bir adət olub və elə möhkəm kök salıb ki, ondan bir zaman yaxamı qurtara biləcəyimə inanmıram; istər haqlı olum istər müqəssir, mən həmişə onları kədərləndirməkdən qorxuram.
Sayfa 25 - Parlaq imzalar
Canlı məxluqların gördüyü işlər və düşüncələri, çəkdikləri dərd-qəm qədər əhəmiyyətli deyilmiş!
Sayfa 95 - Parlaq İmzalarKitabı okudu
Reklam
Canlı məxluqların gördüyü işlər və düşüncələri, çəkdikləri dərd-qəm qədər əhəmiyyətli deyilmiş!
"Utandım, ürəyim ağrımağa başladı, elə ağrıdı ki, elə bil məni təhqir etmişdilər, gözlərim yaşardı, göyə baxdım və bütün bu hallara son qoyacağıma and içdim..."
-Mömin adamın ruhu təbaşir kimi ağ və hamardır, - dedi, - günahkar adamınkı isə - süngər daşı kimidir. Möminin ruhu əlif yağı kimi açıqdır, günahkarın ruhu isə qaz qatranı kimi qaradır. Zəhmət çəkmək, dərd çəkmək, bərkdən-boşdan çıxmaq lazımdır, - deyə o sözünə davam etdi, - kim ki zəhmət və dərd çəkmir, o, behiştə getməyəcək. Qarnı tox, zorlu, varlı adamların, pul borc verən sələmçilərin vay halına! Onlar behişt üzü görməyəcəklər. Bitki biti otu yeyir, pas dəmiri korlayır... Bacım onun sözünü davam etdirərək: -Yalan isə ruhu məhv edir, - deyə güldü...
İstedadlı, çox bacarıqlı şəxsiyyətlər necə dolanmaq lazım gəldiyini bilir və seçdikləri yolla gedirlər; məsələn, mənim kimi adi adamlar isə heç bir şey bilmir və heç bir iş bacarmırlar; onların bircə çarəsi qalır ki, o da dərindən başlanan ictimai bir cərəyanı görcək ona qoşulub üz-üzə axıntının apardığı yerə getməkdir.
Yer kürəsində əsas şey həqiqətdir, özünün və bütün xalqın nicatı, yalnız bu həqiqətlərdir, buna görə də o, dünyada hər şeydən artıq yalnız ədaləti sevir.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.