İlk dəfə, kitabın adını eşidəndə dini kitab olduğunu düşünmüşdüm. Oxuduqca gördüm ki, yazar əslində davamlı, zəncirvari çətinliklər yaşayan cavan bir gəncin, Aslanın öz iradəsi ilə öz Duasını necə gerçəkləşdirdiyini göstərir. Kitabın adı "Dua kader değiştirir" olsa da, mən deyərdim ki, "İrade kader değiştirir" başlığı uyğun olardı. Çox rahat oxunulan və anlamı olan, gerçək həyat hekayəsinə əsaslanan kitabdır. Sevdiyinə sadiq, sevgidə də, həyatda da qətiyyətli olmağı bacaran, elə olmaq istəyən insanlara da xüsusən tövsiyə edərdim bu kitabı.
Toxunmaq istədiyim iki nüans var: biri: eyni cümlələr, fikirlər çox təkrarlanır; digəri isə, yazar hadisələrin duayla dəyişdiyini qeyd etsə də, elə deyil. Aslan öz uğur hekayəsini özünə inam, tolerantlığı və səbriylə yazır. Dua ancaq hərəkətlə birləşəndə gerçək ola bilər. Heçnə etmədən ağacın altında alma gözləməkdənsə, bir neçə dəfə sıçrayıb, almanı dərmək lazımdır. Aslan da o almanı əzmi ilə dərdi. Adına layiq.