Dünyanın arşını

Daniel Kehlmann

Öne Çıkan Dünyanın arşını Gönderileri

Öne Çıkan Dünyanın arşını kitaplarını, öne çıkan Dünyanın arşını sözleri ve alıntılarını, öne çıkan Dünyanın arşını yazarlarını, öne çıkan Dünyanın arşını yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
336 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Təbiət elmləri haqqında orta məktəb biliklərindən əlavə çox da məlumatı olmayanlar üçün zaman-zaman anlaşılmaz cümlələr ehtiva etsə də, əsərin keyfiyyətinə söz ola bilməz. İki görkəmli alman maarifçilik nümayəndəsinin başına gələn əhvalatlarla, şəxsi həyatları, düşüncələri, yürütdükləri mühakimələr, elmlə ifrat dərəcədə, asılılıq səviyyəsində olan münasibətləri ilə yaxından tanış olmaq böyük bir zövq idi, fikrimcə. Bu əsər adi bir macəra romanından çox daha artığıdır, yazıçının ifadə tərzi isə olduqca xoşagələndir, uğurludur, baxmayaraq ki, tərcüməçi tərcümə prosesində mümkün qədər müəllifin yazı manerasını saxlamağa çalışdığını, amma azərbaycanca səlisliyini itirməsin deyə dilin qrammatik-sintaktik ifadə vasitələrinə uyğunlaşdırmalı olduğunu qeyd edib. Buna rəğmən, istər oxucunu həyəcanlandırmağı, istərsə də müəyyən mətləblər üzərində düşündürməyi bacardığını nəzərə alsaq, orijinallığından çox bir şey itirmədiyini düşünürəm.
Dünyanın arşını
Dünyanın arşınıDaniel Kehlmann · Teas Press · 0128 okunma
Pilləkənlə aşağı düşdükləri zaman Qauss dedi ki, qadın hər yerdə eynidir, sirr saxlaya bilmir.Əgər arvad nəyisə bilirsə, deməli, bunu hər kəs öyrənə bilər..
Sayfa 282 - Teas PressKitabı okudu
Reklam
Adam o vaxt evlənir ki, həyatda nəsə mənalı bir iş görmək istəmir..
Sayfa 30 - Teas PressKitabı okudu
İşıq aydınlıq üçün deyil, bilik üçündür!
Anasının qocaldığını da çox tez hiss etdi. Dərisi öz şumallığını itirir, qaməti əyilir, gözlərindəki parıltı azalır və illər keçdikcə üzündə təzə-təzə qırışlar yaranırdı. Bilirdi ki, bu hamıda belə olur, ancaq anasının belə olmasına dözə bilmirdi. Anası gözləri önündə əriyib gedir, o isə heç nə edə bilmirdi.
Kimsə professordan keçmiş xatirələri barədə soruşsaydı, cavabı bu olardı ki, dünyada elə şeylər yoxdur. Qravürlərdən, poçt göndərişlərindən fərqli olaraq, xatirələrin tarixi olmur. İnsan sadəcə olaraq, hərdən fikirləşə-fikirləşə nələrisə yaddaşına dalbadal düzə bilər.
Reklam
317 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.