Jean de saint colombe 17-ci əsrdə yaşamış fransız bəstəkar və viola ifaçısıdır.Gənc yaşda həyat yoldaşını itirib,iki qızı ilə tək yaşayan bəstəkar,kralın xidmətinə girməyi rədd edib,sadəcə qabiliyyət gördüyü gəncləri yetişdirirək,yaşayır.
Kitab onun həyat yoldaşı vəfat edən gündən başlayaraq ömrünün sonuna qədər bir növ həyat yolunu anladır.Ancaq bunu yazıçı o qədər uğurla təsvir edə bilmir.Ətraflı təsvir edilə biləcək məqamları ötəri keçməklə sürətli şəkildə hekayəni bitirmək dərdindədir yazıçı.
Jean kralın xidmətinə girmir,bir gün ondan dərs almaq istəyən marin maraislə tanış olur.Uzun müddət istedadı olmadığını,musiqini hiss edə bilmədiyini bəhanə gətirərək qəbul etmədiyi bu tələbəsini,qızlarının təsiri ilə qəbul edir.Musiqi necə yaranır,sənətkar nədir suallarının təsviridir Jean.
Kitabın eyni adlı 1991 tarixli filmi var,bir neçə mükafat alıb,kitab yerinə bəstəkarla tanış olmaq üçün baxa bilərsiniz