Kitab səyahətə çıxan ingilisin günlük qarşılaşdığı hadisələrdən, macəralarından bəhs edir. Kitabı vərəm xəstəsi olduğu dövrdə yazdığı üçün tamamlaya bilməyib yazıçı, amma kaş ki, İtaliyaya aid olanları da tamamlaya bilsəydi. Bir ingilis olaraq getdiyi yerlərin insanlarının xüsusiyyətlərini analiz edir, millət qarşılaşdırması edir və öz tövsiyələrini verir. Oxunması xoş olan roman idi, amma gözləntini çox da yüksək tutmamaq lazımdır.