Eksik El Yazması

Kamal Abdulla

Yorumlar ve İncelemeler

Tümünü Gör
288 syf.
·
Puan vermedi
·
6 günde okudu
Əslində roman postmoderin nümunəsi kimi elə də pis deyil... Sadəcə əvvəldən tanıdığımız müqəddəs dərəcəyə belə çatdırdığımız toxunulmaz obrazlar var ki məncə onlar elə olduğu kimi qalsa daha yaxşı olar. Hansı ki onları sadəcə olduqları kimi və biraz da şişirdilmiş şəkildə qəbul etsək də sonuçda qəbul edilib və yaddaşa o cür hopub. Bütün eyhamları dağıdan yenidən yeni mif ərsəyə gətirilən bu əsər təsəvvürdə çox dərinlik, hətta şübhə belə yaradır... Amma yenə də çox marağlı və düşündürücü bir qədər də şablondan kənardır, bu cəhətdən bəyəndim.
Yarımçıq əlyazma
Yarımçıq əlyazmaKamal Abdulla · 201286 okunma
Reklam
288 syf.
9/10 puan verdi
·
Beğendi
"Yarımçıq əlyazma" əsəri postmodern dövründə yazılan az saylı əsərlərdəndir ki, üslubun tam xüsusiyyətləri yazıçının hiss etməsi ilə yaradılıb. Posmodernizm əsasında yazıçı və ya müəllifin hiss edərək yazması durur. Əsərdə psosmodernizə xas olan dekostruksiyadan istifadə edilib. Bu nədir? - dağıdılıb yenidən qurulma, yeni düşüncələrlə qurma ,hansı ki, Kamal Abdulla istər DəDə Qorqudun istər digər Oğuz igidlərinin ,istərsə də elə Şah İsmayılın simasında bunu göstərir. Obrazlar dastanda olduğu kimi və ya bizim tarixdən oxuduğumuz kimi deyil, tamam fərqli formatda bizə çatdırılır.
Yarımçıq əlyazma
Yarımçıq əlyazmaKamal Abdulla · 201286 okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
Səfəvi
Kitab tarixi sənədlərə dayansada insanı təəccübləndirir. Xüsusən "Səfəvilər" haqqında oxumağı sevənlər mütləq oxusun. Bir yazıçı dostumla bu kitabı müzakirə edirdik. Şah İsmayil Xətainin ölümü haqqında müəyyən variantları danışırdıq. Mən bu kitabda Şah İsmayilin ölümünü xəncərlə olduğu variantını dedim. Yazıçı dostum belə bir variantın olduğunu bilmirdi və birdən gülərək dedi: Bir gecə Şah İsmayili yuxumda gördüm. Düzdü üzünü görməsəmdə bilirdim ki, odu. İki əli ilə sinəsi bərabərində bir xəncər tutmuşdu. Dedi ki, bax oğlum məni bununla öldürdülər. Bunu eşitdikdən sonra bu kitaba qarşı qəribə bir şey hiss etdim.
Yarımçıq əlyazma
Yarımçıq əlyazmaKamal Abdulla · 201286 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.