1000Kitap Logosu
Elçibəy Belə Deyirdi
Elçibəy Belə Deyirdi
Elçibəy Belə Deyirdi

Elçibəy Belə Deyirdi

I Hissə (1989-1992)

OKUYACAKLARIMA EKLE
8.8
14 Kişi
14
Okunma
18
Beğeni
233
Gösterim
176 sayfa · 
 Tahmini okuma süresi: 4 sa. 59 dk.
Adı
Elçibəy Belə Deyirdi (I Hissə (1989-1992))
Basım
Azerice · Azerbaijan · Kitabıstan Nəşriyyatı · 2019 · Karton kapak
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoluna ən yaxşı onun öz dedikləri ilə baxmaq olar. Onun dediklərini heç bir şərh, əlavə fikir olmadan, elə olduğu kimi anlasaq, kifayətdir. “Elçibəy belə deyirdi” kitabında 1989-1992-ci illərdə Əbülfəz Elçibəyin verdiyi müsahibələri, çıxışları, dünya liderlərinin ona ünvanladığı müraciətləri oxuyacaqsınız. Elçibəyin həm Milli Azadlıq Hərəkatı dövrünü, həm də prezidentlik dövrünü daha yaxşı anlayacaqsınız. Kitabda həmçinin Əbülfəz Elçibəyin prezident seçkiləri kampaniyası haqqında, onun seçki platforması ilə geniş şəkildə tanış olacaqsınız. “Məhkəmədə öyrədilmiş tələbələrdən birisi dedi ki, mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır. Bu vaxt bir tələbə qız durdu ki, sən əclafsan, biz sənə nifrət eləyirik. Məhkəmə dedi ki, kimdir onu deyən. Qız durdu, dedi, mənəm. Hakim dedi ki, çıxın eşiyə. Qız məhkəmənin yanından keçəndə yaylığını çıxarıb uzatdı hakimə ki, ver bunu kişilər bağlasın başına”.
8.8
10 üzerinden
14 Puan · 1 İnceleme
Səma Məmmədsalahova
Elçibəy Belə Deyirdi'yi inceledi.
176 syf.
·
31 günde
·
Beğendi
·
10/10 puan
Vətəni vətən edən şəxsiyyətlər!
Oxuduqca cahilliyimi üzümə vuran kitablardan biri. "Elçibəy belə deyirdi" (1-ci hissə) kitabı Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Əliyevin müsahibələrindən, çıxışlarından, fikirlərindən ibarət bir kitabdır. Bəlkə də, Əbülfəz Əliyevi yanlış təqdim etdim. Onu xalqın azadlıq mücahidlərindən biri kimi təqdim etməliydim. Çünki bu kitabı xalqın azadlığı üçün bu qədər çalışan birinin fikirləri əks olunduğu üçün bu qədər bəyəndim. Kitabın əvvəlində (səhifə:5) redaktorun fikirləri ilə sözsüz razılaşıram. Xudu Məmmədovun "övladlarınıza vətəni sevməyi öyrətmək lazım deyil, siz onlara vətəni tanıdın, özləri sevəcəklər" fikri mənim də düşüncəmin əsaslandığı əsas fikirlərdən biridir. "Bizə hər zaman vətəni sevməyi anladıblar. Amma vətəni qarşılıqsız sevən şəxsiyyətləri gərəkdiyi qədər anladıblarmı?" Kitabı oxuduqca bu sualın cavabı məni çox məyus etdi. Xeyr, anlatmayıblar. Bəlkə, belə gənclərdən ibarət bir qrup olmasaydı, bu kitab heç vaxt ərsəyə gəlməyəcəkdi. Ona görə də həmin şəxslərə təşəkkür edirəm. Vətənini sevdiyini düşünən, amma vətəni haqqında elə də çox şey bilməyən, cahil sevgisinin bəs olduğunu düşünən insanlar adından. Həqiqətən, bu vətən üçün çox çalışmış, həyatını bu vətənin azadlığı uğrunda mübarizəyə həsr etmiş adamlar haqqında nə qədər də az bildiyimi düşünürəm. Bu kitabı oxumaqla isə bu barədə cahilliyim məni məyus edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qurucuları mənim üçün çox dəyərlidir. Bəs müasir Azərbaycanı Azərbaycan edən şəxsiyyətlər haqqında nə qədər bilirəm? Təəssüf ki, bu şəxsiyyətlər haqqında təhsil aldığım istər məktəb illəri, istərsə də universitet illərində sadəcə çox cüzi xronoloji bir məlumat verilir. Lakin oxuduqca, "İlahi, nələr varmış" demək istəyirsən. 70 ilik əsarət zəncirlərini qırmaq üçün xalqı ayağa qaldıran, təşkilatlandıran bu insanlar araşdırılmağa, öyrənilməyə layiqdir. Tənqid, təbii ki, olacaq. Həm müsbət, həm mənfi tərəflər təhlil olunmaqla, qərəzsiz, vicdanlı şəkildə. Biz həmin hadisələri bilməliyik. " Biz həmin hadisələri bir daha ona görə xatırlayırıq ki, bir sıra adamlar bütün bunları yaddan çıxarırlar, unudurlar. Dünən nələr olduğunu unudaraq bu gün tamamilə başqa cür danışmağa başlayırlar". Bəli, ona görə də biz çox araşdırmalı, oxumalıyıq eyni zamanda da daha çox düşünməliyik. Kitabda bəyəndiyim hissələrdən, daha doğrusu, fikirlərdən biri də demokratik, həqiqi demokratik bir cümhuriyyətin yaradılması fikirləridir. "Yəni burada bir psixoloji keçid var, dövlətin adamı psixologiyasından adamın dövləti psixologiyasına keçid. "Yəni güclü dövlət yaranır ki, adamları idarə etsin" prinsipi "adam güclü dövlət yaradır ki, onun o adamın mənafeyi, hüquqları təmin olunsun" prinsipi ilə əvəz edilir. Məsələ bu cür qoyulmalıdır. Yəni insan dövlət üçün deyil, dövlət insan üçündür". Həqiqətən, buna nail olmuşuqmu? Bu sualın cavabını oxuyan hər kəsin özünün cavablandırmağı üçün saxlayıram. " - Sizin adınız Əbülfəz nə deməkdir və niyə özünüzə məhz belə təxəllüs seçmisiniz - Elçibəy, axı əsl soyadınız Əliyevdir? - "Əbülfəz" ərəb adıdır, "elm və firavanlıq atası" kimi tərcümə edilir. "Elçi"ni isə xalqın adından danışan, onun mənafelərini ifadə edən bir adam kimi də tərcümə etmək olar" ( səhifə: 159). Kitabın daha əvvəlki səhifələrində də bu barədə maraqlı məlumatlar var. Kitabda yazıldığı kimi haqqı tapmaq, sonra da onu qorumaq çox çətindir. Və neçə-neçə insan bu yolda mübarizə aparıb. Biz isə ən azından onları tanımalı, düşüncələrini araşdırmalıyıq. Kitab haqqında bütün fikirlərimi ifadə etməli olsam, gərək, bir kitab da mən yazım. Fikrimcə, hələlik kifayətdir. "Millətini sevənin ruhu hər zaman milləti ilə olacaq".
Elçibəy Belə Deyirdi
OKUYACAKLARIMA EKLE
12