Rus ədəbiyyatına hər zaman xüsusi marağım olub, xüsusən də Lev Tolstoyun əsərlərinə. Bu əsəri kiçik hekayə olsa da, ideyası çox mühümdür. Hər kəs dindar deyil və bəlkə də bu fikirlərlə razılaşmır, amma hamının razılaşdığı bir ortaq cəhət var: İnsanı yaşadan nədir? Sevgi, mərhəmət. Həm özümüzə, həm də ətrafımızdakılara qarşı olan sevgi bizi daha yaxşı insan olmağa sövq edir.