Kitab 3 fərqli hekayədən ibarətdir. İlk iki hekayədə insanın acgözlülük nəticəsində, son nəfəsini zülmlər içərisində verdiyi və uğuruna yola çıxdığı torpağın ona qalmadığını görürük.
Lakin, ən təsirli hekayə "İnsan nəylə yaşar?" hekayəsdi.
SPOİLER
Bir Mələyin (Mikayl) Tanrı tərəfindən cəzalandırılıb, üç həqiqəti - insanın daxilində nə var, insana nə verilir, nə isə verilmir, insanın nə ilə yaşayır öyrənməsi üçün insanların yaşadığı dünyaya insan olaraq göndərməsi ilə bağlıdır. Burada Mələk 3 ayrı hadisə ilə qarşılaşaraq bu suallara cavab tapır və yenidən, göylərə yüksəlir.