Оливия Лэтам

Ethel Lilian Voynich

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Sözler ve Alıntılar

Ethel Lilian Voyniçin hər növbəti əsərilə tanış olduqca, hələ də ki, bu bioqrafik xarakterli əsərdisə, artıq əmin olmağa başlayıram; ya mən birinci həyatımda E.L.Voyniç olmuşam, ya da xanım Voyniç öldükdən sonra ruhu mənim bədənimə köçüb... Çünki bir insan başqa bir insanın hisslərinə, ağrılarına, kədərinə, kədəri yaşama, duyma şəklinə ancaq bu qədər qarşılıq verə, ancaq bu qədər incəliklə təsvir eləyə bilər. Fərqli yaşanmışlıqları, fərqli duyğuları, faciələri eyni şəkildə hiss eləyib yaşamağı bir-birinin ruhuna ancaq bu qədər yaxın olan insanlar bacarar. Hətta eyni ruhu daşıyan insanlar... E.L.Voyniçin həyatından bəhs elədiyi güman edilən (çünki əsərdəki bütün əksər hadisələr Miss Voyniçin həyatıyla səsləşir) Oliviya Letam əsərini tamamladım. Voyniçdən oxuduğum 4-cü əsər idi bu və hər dəfə yeni bir əsərini oxumağa başlayanda öz - özümə məni maraq götürür ki, görəsən bu dəfə məni necə bir ağrı gözləyir, necə toxunacaq hisslərimə, hansı yaşanmışlıqla iz qoyacaq həyatımda... Doğrusu, çox da bir şey gözləmirəm, çünki mən Ovodla yaşaya biləcəyim bütün ağrıların, sarsıntıların, dəhşətin, üsyanın ən gerçəyini, kuliminasiyası nöqtəsini yaşamışam. Bundan o tərəfə yoxdur deyə düşünürəm. Ancaq yenə də hər dəfə məni təəccübləndirə, sarsıda bilir əsərlərində təsvir elədiyi xarakterlərin yaşadığı faciələrlə.. ən önəmlisi də budur ki, bu qəhrəmanlar, bu ağrılar gerçəkdi, yaşanmışdı. Bunu hər zaman hiss eləmişəm, bu əsərlə isə bir daha əmin oldum…. Həm də əsəri bitirdikdən sonra E.L.Voyniçin bioqrafiyasını araşdırdım bir az və qarşıma bu günə qədər heç oxumadığım maraqlı məlumatlar çıxdı. Bir yazıçı üçün olduqca maraqlı, rəngarəng, səyahətlərlə dolu və kifayət qədər də ağrılı bir həyatı olub Miss Voyniçin. Pianoçu olmağı arzulayarkən əlində yaşadığı və həkimlərin çox da baş açmadığı
1000Kitap