Kitabın adı mənə xoş gəlmişdi deyə oxumaq istədim və heç bəyənmədim. Amma oxunması 30-40 dəqiqəlik bir kitab olduğu üçün oxuyaraq vaxt itirdim deyəbilmərəm.
İşlərim olduğu üçün 3 saata oxuyub bitirdim :D Yəni 3 saata oxuyub bitirməyimə baxmayın 30-40 dəqiqə də bitəcək bir kitabdı.
İnsanların fərqli düşüncələrin çox sevirəm amma yazarın bəzi düşüncələrin heç sevmədim. Yəni kitabda olan bəzi aforizmalar mənə çox mənasız gəldi. Mənim düşüncəmlə yəni.
Allah ilə əlaqəli olan xoşagəlməz ifadələr vardı və xoşagəlməz ifadələr olduğu üçün bəzilərin paylaşmaq istəmədim.
Qısaca əgər boş vaxtınız varsa oxuyun ama mənə çox mənasız kitab kimi gəldi. Bəlkə də kitabı oxuyub sevən kimsə var amma mən heç sevmədim.
Oxuyan kimsə olacaqsa əgər xoş oxumalarrr :)