Kışkırtılmış Erkekliği Kendini Keşfetmek için Kullanmak

Erkek

Osho

Erkek Gönderileri

Erkek kitaplarını, Erkek sözleri ve alıntılarını, Erkek yazarlarını, Erkek yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsan taleyi siyasətçilerin əlindədi. Onlar inanılmaz strateqdilar. Onlar insanı öz əcəli ilə ölənə qədər dəfələrlə məhv edirlər.
Sayfa 32
Kişi qadınla görüşür.O tək ola bilmir.Qadın kişi ilə görüşür.O da tək ola bilmir.Hər kəs təklikdən bezib.Hamı darıxır.Hər kəs ümid edir ki, kimsə onu bu təklikdən xilas edəcək,darıxmağa qoymayacaq. Əvvəldə belə olur.Bir yerdə yaşayandan sonra məlum olur ki,darıxmaq hissi keçməyib. İksine,ikiqat artıb,çoxalıb.İnsanlar bir yerdə yaşadıqca bir-birini yaxşı tanıyırlar,heç bir maraq qalmır,hər şey aşkar olur,gözlənilən olur.Buna görə də küçədə cansız yeriyən cütlük görendə bilirsən ki, ər-arvaddı.Ancaq qucaqlaşan,şənlənən, sevinclə gəzişən cütlük görendə fikirlaşirsan ki, evli deyillər. Ya kişi kiminsə əridi, ya qadın kiminsə arvadıdı.Ya da hələ evlənməyiblər.Kimləsə görüşürsən,əgər o səni, sən onu həmişəlik bir yerdə olacağınıza əmin etməyibsə, siz xoşbəxtliyi, sadəcə, oynayırsız. İnsanlar ancaq o zaman xoşbəxt olurlar ki, görüşdükləri adamla həmişəlik bir yerdə olacaqlarına inanırlar. Əks halda ayrılıq qorxusu onları sevinmeye, sevgini içdən yaşamaga qoymur.Bir müddət belə olur. Kişi ümid edir ki, bu qadın onun həyatındakı boşluğu dolduracaq, qadın inanır ki, bu onun axtardığı kişidi və ikisi də sevinir.Zamanla münasibətlər adiləşir, soyuqlaşır, hətta evlilik olsa belə darıxma hissi keçmir, boşluq dolmur va adamlar böyük bir mayusluq yaşayırlar.
Reklam
Əvvəlcə körpə anayla bir tamlıq təşkil edir. Sonra göbək bağı kesilir və körpə ayrıca bir varlıq olur, nəfəs alır. Bu onun inkişafının, böyüməsinin ilkin mərhələsidir. O ayrıca fəaliyyət göstərməyə başlayır. Amma uzun illər uşaq hələ anayla yaşamalı olacaq. Onun südə, yeməyə, başı üstündə dama, qayğıya ehtiyacı var hələ.O,uzun zaman anasından
Xoşbəxtlik içlə çölün tamamlanmasından boy alan nəsnədi. Özü ola bilməyən adam yarımçıq adamdı.Deməlii, bədbəxtdir. Xoşbəxt adam rəqs etməyi asanlıqla öyrənir". Biz istəyirik ki, bütün insanlıq xoşbəxt olsun. Gülsün, rəqs eləsin, oxusun. O zaman bütün başariyyat daha yetkin olar, daha kamil olar. Cansıxıcı, bədbəxt insan iti zakalı ola bilməz. Onun zəkası tutqundu, onun zəkasında zülmətdi, qaranlıqdı, ağırlıqdı. O səni öz qaranlığında boğa bilar.Qaramat səndən o zaman uzaqlaşacaq ki,içdən gülməyi öyrənəcəksən.Gülüş səni özünə qaytarır. Kədər isə maska kimi üzünə taxılır, gerçək kimliyini gizlədib.Heç kim istəmir ki, sən xoşbəxtlikdən küçədə rəqs edəsən.Heç kim istəmir ki,sən ürəkdən güləsən. Gülüş səsi eşidən kimi qonşu tələsik divarı döyür: "Səs eləməyin!" Kədər həmin dəqiqə paylaşılır. Tez təsəlliyə gəlir insanlar. Ancaq sevinci paylaşmağa insanların gücü çatmır. Bədbəxt adamlar xoşbaxt adamlara dözə bilmirlər.
Allah insana məntiq, ağıl, fəlsəfə işə yaramayanda lazım olur. Allah insana gücsüz olduğu anlarda lazım olur. Çarəsiz və aciz olanda…
Günahı kiminsə boynuna yıxmaq gülünc deyil? Hansısa ilan, milyon il əvvəl... Mən dəfələrlə müxtəlif cür ilanlarla söhbət etməyə çalışmışam. Onlar danışa bilmirlər. Onların heç eşitmə qabiliyyətləri də yoxdu. Fikir vermişəm ki, ilanların qulaqları da yoxdu. Təbiət onlar üçün qulaq nəzərdə tutmayıb. İlan eşitmirsə necə danışa bilər? Bəs Həvvanı necə yoldançıxarıb? Adəm məsuliyyəti Həvvanın üstünə atır, Həvva ilanın, İlanın da dili olsaydı yəqin ki, Allahın üstünə yıxacaqdı hər şeyi. Biz anlamırıq ki, hər kəs öz əməlinə özü cavabdeh olmasa, heç vaxt şəxsiyyətə çevrilməyəcək. Məsuliyyətdən qaçmaq insanı alt-üst edir. Mən bütün məsuliyyəti üzərimə götürürəm və bundan inanılmaz zövq alıram. Mən heç vaxt öz məsuliyyətimi başqasının üstünə yıxmamışam. Yixsaydım bu mənim azadlığımı əliındən alardi.
Reklam
683 öğeden 521 ile 530 arasındakiler gösteriliyor.