Kitabı storytel proqramında Kalbenin öz səsindən dinlədim. Problemli ailədən çıxan 2 qızın həyat mübarizəsindən bəhs edir. Ara-ara musiqiləri 2-3 sətir də olsa ifa etməsi dinləyici üçün zövq verirdi, kitabda təsvir etdiyi əsəbi, nifrəti, sevgini - öz səsiylə yenidən ifadə etməyə çalışması kitabı daha yaxşı anlamağa kömək edirdi. Düşünürəm ki, Kalbenin ilk yetişkin roman təcrübəsi olmasına baxmayaraq insanda maraq oyandıran, bəzən kədərləndirən, bəzən düşündürən bir əsər ortaya çıxarıb. Kitaba feminist romanı da deyə bilərik, feministlərə ithaf da deyə bilərik və ya sadəcə qadın haqqları uğrunda mübarizə aparanlara motivasiya verəcək bir mənbə də hesab edə bilərik. Qadın portretinin emosional olaraq güclü işləndiyini düşünürəm.
Sadəcə bəzən detalları çox xırdalanmışdı, əşyaları yersiz romantikləşdirilmə və hekayənin əsas süjet xəttində ani qopmalar var idi.