Səfərnamə

Eşqin İzi İlə

İradə Qədirova

Eşqin İzi İlə Sözleri ve Alıntıları

Eşqin İzi İlə sözleri ve alıntılarını, Eşqin İzi İlə kitap alıntılarını, Eşqin İzi İlə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir sözlə, həyat qəribəlikləri ilə gözəldir. Harada nə zaman bizi nə gözləyir, bilmərik. Bir şey planlayarıq, ən gözəli isə plansız həyata keçər.
Sayfa 21 - MİMTA YayımlarıKitabı okudu
Həyat qəribəlikləri ilə gözəldir. Harada nə zaman bizi nə gözləyir, bilmərik. Bir şey planlayarıq, ən gözəli isə plansız həyata keçər...
Reklam
"Özbək xoşbəxtliyi - yaşanılan hər günə şükür edib növbəti günü bayram kimi gözləməkdir".
MİMTA YayımlarıKitabı okudu
Mənəvi kök unudulduqda böhranlar başlayır. Sağalıb xəstəlikdən qurtulmaq üçün əvvəlcə kökə qayıtmaq və sındırılan mənəvi dəyərləri bərpa etmək lazımdır...
"Dünya duracaq yer deyil, ey can, səfər eylə! Aldanma anın alına, andan həzər eylə!" İmadəddin Nəsimi
Gəlib Kəbə ətrafında bir yer tutduq. Hər şey sonlanmışdı. Dünya da, dərdləri də, istəkləri də. Anadan doğulma necə olur bilmirəm, çünki ağlım kəsmirdi onda. Amma, yəqin, o da belə olur. Bu arınma duyğusu haqqında saatlarla danışa bilərəm. Başdan ayağa qədər bir təmizlənmə yaşayırsan. Bütün kitabın səhifələrində yazılanlar silinir və elə bil Allah sənin içinə yeni bir qab qoyub "bundan sonra içinə nə dolduracağına fikir ver", elə bil ruhuna səhifələri ağappaq bir kitab qoyub "hər sətirdə nə yazacağına diqqət yetir" deyir. Bax elə əsl məsuliyyət də bundan sonra başlayır: daha az günah, daha yaxşı əməl sahibi, daha yaxşı insan olmaq üçün sənə əsl imkan verilmiş olur. Həyatın da cahiliyyə və İslam dönəmi kimi bir anda iki hissəyə ayrılmış olur - arınmadan əvvəlki və sonrakı həyat
Sayfa 243Kitabı okudu
Reklam
36 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.