Eyni Ulduzun Altında

John Green

Newest Eyni Ulduzun Altında Reviews

You can find Newest Eyni Ulduzun Altında quotes, newest Eyni Ulduzun Altında book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

8Out of 10
5.5k People · 589 Review
360 syf.
8/10 puan verdi
·
Read in 13 days
Kitab da xərçəng xəstəliyinə mübtəla olmuş iki gəncin sevgisindən bəhs olunur. Kitab da bu xəstəliyə qarşı necə mübarizə aparmalı, əzimkar olmalı kimi ifadələrə də yer verilib. Kitab da əsas diqqətimi çəkən və məni duyğulandıran hissəsi isə- Hazelin "Möhtəşəm əzab" romanını oxuması və romanın da baş qəhramanın xərçəng xəstəliyinə məğlub olması və kitabın bunlada bitməsi idi. Halbuki kitab yarımçıq yazılmışdı. Kitabın sonluğunun necə olduğunu bilmək istəyən Hazel sevdiyi oğlan Aqustla birlikdə Amsterdama yola düşür, həmin yazıçı ilə görüşürlər. Bu görüş gənclər üçün üzücü olur, onların təsəvvüründə yaratdıqları yazıçı kimi deyildi, tamamilə içki düşkünü olan bir adamla rastlaşırlar və məyusluq yaşayırlar. Kitab haqqda çox danışmaq istəmirəm, sonluq gizli qalsa yaxşıdır, oxumaq istəyənlərə isə tövsiyyə edirəm.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
360 syf.
·
Not rated
·
Read in 7 days
Eyni Ulduzun Altında
Kitab o qədər mükəmməl kitabdır ki, içində sevgi, faciə, qəhramanlıq, psixoloji və s. bir çox xüsusiyyətləri özündə cəmləşdirir.Oxuyarkən sıxılmayacağınıza əksinə bəzən həyəcanlanıb, bəzən kədərlənib ,bəzən də sevinc dolu hislər keçirəcəyinizə əminəm. Hər bir səhifəsini hiss edərək oxuyacağınız bir kitabdır. Xoş mütaliələr.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
Reklam
360 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 13 days
Kitabı çoxdan almış olmağıma baxmayaraq, hələ indilərdə oxuma fürsətim oldu. Düzü nə həddən artıq heyran etdi, nə də məyus. Gözlədiyimdən daha fərqli sonlanması da əsəri müəyyən qədər təsir gücü baxımından zəiflətdi mənə görə. Digər yandan kitabın obrazlarından bəhs edəcək olsam, deyərdim ki, romantiklik və sevgi məncə daha uzaqdır bu kitaba. Hazel məndə çox eqoist biri təəssüratını yaratdı, bu baxımdan onu çox da sevə bilmədim açığı. Bilmirəm, sözlərlə ifadə edə bilməyəcəyim şəkildə bir hiss var içimdə. Hazel mənə bu hissi yaşadır, bu hiss mənə onun səmimiyyətsiz və çıxar güdən biri olduğunu düşündürür. Digər yandan Aqust... Hazelin Aqustun sevgisinə layiq olmadığını düşünürəm. Hazeldə yerinə oturmayan daşlar çoxdur, mənə görə. Digər yandan Aqust daha netdir və səmimidir. Dəyər verdiyi hiss olunur, hər addımında. Həzeldə isə bu belə deyil. Kitabdan sonra filmini də izlədim. Filmi mənə görə o qədər bərbad idi ki, o haqda bəhs etməyə belə dəymir. Kitabı oxumayanlar filmi bəyənmiş ola bilər, oxuyandan sonra nə qədər səhnənin çıxarıldığını,nə qədər söhbətin yarım qaldığını gördükdə, nə demək istədiyimi anlayacaqlarına əminəm. Üstəlik obrazlar da çox əlaqəsiz aktyor/ aktrisalar tərəfindən canlandırılmışdır. Həmçinin geyimlərə də diqqət etməmələri... Qısacası çox pis.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
360 syf.
8/10 puan verdi
"Anlaşılan həyat bir dilək fabriki deyilmiş.." həyat dilək fabriki olmamaqla bərabər bəzən qorxunc sürprizlərlə dolu bir oyun meydançasına çevrilir. Bir addım sonrasını belə təxmin etmək mümkünsüzdür. sonunu bilə-bilə oxudum, necə ki sonumuzu bilə-bilə yaşayırıq. Yazılacaq o qədər çox şey olur ki bəzən o çoxluğun içində itirsən. Bir tərəfdən hər kəsə danışmaq, tövsiyə etmək istəyirsən, digər tərəfdən də özəl qalsın istəyirsən..) bu kitabı tövsiyə etməyəcəm) oxumayanlar filminə baxsın, məncə. Nə də olsa filmlər daha az ağrı verir..
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
360 syf.
·
Not rated
Xərçəng xəstəliyinə tutulmuş on altı yaşlı Hazel Qreysin bir neçə ildə yaşamasına təminat verən ,tibbi mocuzəyə baxmayaraqa ,xəstəliyi ölümcüldür.Həkimlərin ona qoyduğu diaqnozla birliktə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini yazıb.Di gəl ki Agust Vaters adlı yaraşıqlı xarakter " xərçəng xəstəsi uşaqlar üçün dəstək qurupuna " gəldiyi gundən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın qızın həyatına yeni hekayənin başlamasına səbəb olur. Con Qrin : Eyni Ulduzun Altında əsərində təvözakar bir üslubda və bütün səmimiyəti ilə qələmə aldığı romanda yaşamağın və sevməyin , heyecanlı, gülməli ,faciyəvi cəhətlərini bütün cılpaqlığı ilə təsvir edir. Oxumaqdan zövq alacağınız bir əsərdi , xoş mütalilələr sizə .
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
Reklam
619 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.