Farengeyt 451

Ray Bradbury

Öne Çıkan Farengeyt 451 Gönderileri

Öne Çıkan Farengeyt 451 kitaplarını, öne çıkan Farengeyt 451 sözleri ve alıntılarını, öne çıkan Farengeyt 451 yazarlarını, öne çıkan Farengeyt 451 yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
208 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bilmirəm, problem kitabda idi, yoxsa məndə. Haqqında incələmələri oxuduğumda hər kəs günlərlə kitabın təsirindən çıxa bilmədiyini, kitabın möhtəşəm olduğunu yazmışdı. Doğrusu, mənə təsir etmədi kitab. Hansı ki, "1984" antiutopiyasını oxuduğumda o qədər sarsılmışdım ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Bu kitab isə çox sadə idi. Əvvəli yaxşı başlasa də sonrasında nə isə əskik, yarım qaldı sanki. Hekayə yaxşı qurulmuş olsa da ifadə tərzi və yazı üslubu çox sönük qalır. Bəlkə daha ifadəli cümlələrlə anlatılsaydı daha çox təsir edən, düşündürücü bir kitab olardı. Mənim fikrimcə  biraz çox şişirdilir. (Kitabı oxuyub da çox bəyənən varsa, fikirlərini qeyd edə bilər:)
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201990,3bin okunma
Yaxşı yazıçılar həyatla iç-içə olur, ondan yazırlar. Ortabab yazaçılar isə sadəcə onun üzərindən keçirlər. Pis yazıçılar isə həyatı zorlayır və onu milçəklərdən yeməsi üçün tərk edir. İndi siz anlayırsınızmı, kitablara niyə nifrət edir və onlardan qorxurlar? Onlar həyatın əsl simasını, bütün məsamələri, çapıqları ilə birgə bizə göstərir.
Sayfa 102Kitabı okudu
Reklam
"Bu boşluq haradandır?- O özündən soruşdu.-Niyə içindəki hər şey gedib və yerində qocaman bir boşluq qalıb?"
"Zaman elə bil günorta günəşinin əzginliyində mürgüləyirdi."
Və xilası bir adamda, bir maşında, yaxud bir kitabxanada axtarmayın. Dünyanı xilas edə biləcək şeyi özünüz yaradın və əgər yolda batsanız, heç olmasa biləcəksiniz ki, sahilə doğru üzmüsünüz.
23.03.2009:(
...hekayələri heç kəs onun qədər yaxşı danışmazdı. Babam bizim bir hissəmiz idi və o öləndə bütün bunlar da həyatımızdan yox olub getdi, onları onun kimi edə biləcək birisi qalmadı. O, fərqli idi, heç kəsə bənzəmirdi. Həyat üçün çox vacib bir adam idi. Onun ölümü ilə heç vaxt barışmadım...
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.