Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Farengeyt 451

Ray Bradbury

Farengeyt 451 Yorumları ve İncelemeleri

Farengeyt 451 yorumları ve incelemelerini, Farengeyt 451 kitabı hakkındaki okur görüşlerini , Farengeyt 451 puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.910 üzerinden
25,4bin Kişi · 3856 İnceleme
208 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bilmirəm, problem kitabda idi, yoxsa məndə. Haqqında incələmələri oxuduğumda hər kəs günlərlə kitabın təsirindən çıxa bilmədiyini, kitabın möhtəşəm olduğunu yazmışdı. Doğrusu, mənə təsir etmədi kitab. Hansı ki, "1984" antiutopiyasını oxuduğumda o qədər sarsılmışdım ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Bu kitab isə çox sadə idi. Əvvəli yaxşı başlasa də sonrasında nə isə əskik, yarım qaldı sanki. Hekayə yaxşı qurulmuş olsa da ifadə tərzi və yazı üslubu çox sönük qalır. Bəlkə daha ifadəli cümlələrlə anlatılsaydı daha çox təsir edən, düşündürücü bir kitab olardı. Mənim fikrimcə  biraz çox şişirdilir. (Kitabı oxuyub da çox bəyənən varsa, fikirlərini qeyd edə bilər:)
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
208 syf.
9/10 puan verdi
·
166 günde okudu
Spoiler ola bilər.
İlk olaraq bu kitab, mənim fərqli xarakterdə oxuduğum ilk kitablardandır. Fərqli xarakter dediyim, yəni kitab dünyaya xüsusi bir mesaj verməyə çalışır, maraqlı tərəfi isə bu əsər kitabların, kitab oxumağın qadağan olunduğu dünyadan bəhs edir. Bəli, yazıçımız gənc vaxtlarından "kitabqurdu" olub və Hitlerin kitablara qadağa qoyması, qanunsuz kitabların yandırılması Ray əmimizi təsirləndirib və Fahrenheit 451 ortaya çıxıb. Kitabda Monteq adlı baş qəhrəmanımız yanğınsöndürəndi, amma əsərin "fantastik" tərəfi bu yanğınsöndürənlərin yanğın törətməsidi, bəli, çənlərində su əvəzinə neft daşıyan və kitabları tapıb yandıran yanğınsöndürənlər. Əsərdə kitab silaha bənzədilir, bilikdən, bilikli insandan qorxulur, hamının eyni olmağı istənilir və beləcə insanlar özlərindən yaxşısını görüb, rəqabət hissi duymayacaqlar. Əsərdə Monteqin başqaları tərəfindən qəribə hesab edilən Klarissa adlı qızla tanış olmağından və onun müəyyən şeylərin fərqinə varmasından, "nəyinsə" çatışmadığını anlamasından bəhs edilir. Həm axıcılığın olması, həm də verdiyi fikirin, təsvir etdiyi dünyanın vacib nüansa toxunması mənim üçün çox önəmlidi. Kitabı çox bəyəndim. Ona görə də, oxuyun, oxutdurun ki, 1 əsr sonra Ray Bradbury'ni Vanqa kimi yad etməyək. "Amma bir şeyə diqqət yetirin ki, hətta kitabı əlimizdə rahat tutduğumuz zamanlarda da onun bizə verdiyini tam gücü ilə xərcləməmişik".
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
Reklam
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İndiyə qədər yazılmış ən yaxşı elmi fantastika romanı. Rey Bredberi bəlkə də elmi fantastikanın yaxşı ədəbiyyat ola biləcəyini sübut edən ilk müəllifdir. Nəşr edildiyi zaman klassik hala gələn və distopiya ədəbiyyatının dörd əsas kitabından biri olan Fahrenheit 451 XX əsrin şah əsərlərindən biridir. Guy Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada kitablar itmək üzrə idi, çünki yanğınsöndürənlər onları söndürmək əvəzinə od vururdular. Monteqin missiyası qeyri-qanunilərin ən təhlükəlisini, kitablarını yandırmaq idi. Monteq bir gün belə işini şübhə altına almadı və bütün günü televizorlarla örtülmüş otaqlarda keçirən arvadı Mildredlə birlikdə yaşadı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini anlamağa başlayan Monteq indi bildiyi hər şeyi sorğulayacaqdı. Bu kitablarda insanlar nə üçün canlarını fəda etməyə hazır idilər? Faktları dərk etdikdən sonra bu qaranlıq cəmiyyətdə yaşamaq olarmı?- suallarının cavabını tapa biləcəyimiz kitabdır. “Xoşbəxt olmaq üçün hər şeyimiz var, amma xoşbəxt deyilik. Nəsə çatışmır. ətrafa baxdım. Əmin olduğum tək şey on-on iki ildir yandırdığım kitablar idi.”
Farengeyt 451
Farengeyt 451
Ray Bradbury
Ray Bradbury
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
208 syf.
·
Puan vermedi
·
Beğendi
·
6 günde okudu
Rey Bredberi elmi-fantastik janrın şahlarındandır desək yanılmarıq yəqin ki. Hadisələri və var olan yaxud olmayan hər hansı bir şeyi təsvir etməsi olduqca fərqli və cəlbedicidir, eyni zamanda bir o qədər də ustalıqla işlədiyinə işarədir. Bredberinin bu əsəri yenə də fantastikanın və eyni zamanda təxəyyülün sərhədlərini sınamış və nəticədə möhtəşəm
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
208 syf.
·
Puan vermedi
·
9 günde okudu
"Yanğın törədən yanğınsöndürənlər, qadağan olunmuş kitablar, insanlıqdan uzaq düşmək üzrə olan insanlar..."
Farengeyt 451
Farengeyt 451
Öncəliklə demək istəyirəm ki, kitabın mənfi tərəfləri əlbəttəki var.Bunlardan ən əsasıda mənim üçün kitabın axıcı dildə yazılmamasıdı. Bu da ilk başlarda məndə ön yarğıya səbəb oldu. Ancaq mən daha çox müsbət tərəflərini görüb, nəticələr çıxartmağa və sizlərlə bölüşməyə çalışacam.Distopik bir kitab olan Farenheit451 kitabında 451 dərəcə kağızın alovlanıb yandığı hərarətdir.Kitabda gələcək ilə bağlı qorxularımın yaranmağına səbəb olan məqamlar bunlar oldu; 1)Kitab hansı dövrü nəzərdə tutularaq yazılıb təbiiki müəmmalıdır. Bunun olduğumuz ildə də ola biləcəyi qaçınılmaz bir faktdır. Bu da insanı dəhşətə gətirən faktorlardan birincisidir. 2)Yanğınsöndürənlər bildiyimizin əksinə yanğını söndürmür,yanğın törədirlər. Onlar insanları düşünməyə vadar edən kitabları yandırırlar. Məncə sizədə biraz qorxunc gəldi. Ancaq kitablardan istifadə edib, düşünməyi seçmədiyimiz müddətcə narahatçılığa əsas yoxdur) 3)Yaxın və ya uzaq gələcəkdə insanların evlərində içindəkiləri "qohumlar" adlandırdıqları 1-dən çox Tv-lərin olacağı, ölümlərin hal-hazırda olduğundan daha çox adiləşəcəyi, texnikanın son dərəcədə inkişafı və nəticə etibarilə hissizləşdirilmiş, asanlıqla idarə edilə biləcək robota çevrilmiş insanlar... Son olaraq kitabdan geriyə 1 sual qalır: bütün bunlar dövlət tələbi, yoxsa, xalq istəyidir?
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
Farenheit 451 - Review
Başlanğıc olaraq onu vurğulamaq istəyirəm ki, Rey Bredberi bizə bu kitabı ilə çoxlu sayda ideyalar və dünyagörüşü bəxş edir. Kitabın adı hər birimizi cəlb edir: Farenheit 451 - kağızın alovlanıb yandığı tempratur. Elə bütün hekayə də məhz buradan başlayır ki, bölmələri oxuduqca bu ütopik əsərdə, yaratdığı təsirdə qərq oluruq. Müəllif kitabların insanlar üstündəki təsirini, insanların idarə olunması və bunun kimi başqa kompleks ideyaları özündə birləşdirən kitabı, məncə, oxunmağa dəyər. İdeoloji olaraq 10/10 bir əsər olsa da, yazılım tərzi və hekayənin qarışıq plotu bizə ilk fəsilələrində biraz fikir qarışıqlığı yarada bilər (şəxsən mən hekayəni 70-ci səhifələrdən sonra qavramağa başladım ).
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
Reklam
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Farengeyt 451 antiutopik ədəbiyyatının ən məşhur nümunələrindəndir. 1953-cü ildə yazılmış, həmin dövrün problemlərini ələ alan əsərdir. Lakin bu kitabı "elmi-fantastikanın zirvəsi" adlandırmaq... Bu əsərdəki hadisələr gələcəkdə baş verir və elmi-fantastik olmaması mümkün deyil, amma bir zirvə olacaq qədər element görmədim. Dövrünə görə
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989bin okunma
208 syf.
10/10 puan verdi
·
12 saatte okudu
Son zamanlara okuduğum en etkileyici kitap olduğunu söylersem, kesinlikle abartmış olmam. Kitabın türü korku değil; korkuyorsunuz. Kitabın türü dram değil; ağlıyorsunuz. Kitabı okuduğum an etkilendim ama bundan daha fazlası olacak. Hepsi birbirinden farklı olan her bir kitabı elime aldığımda aklıma bu hikâye tekrar tekrar gelecek ve yine
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289bin okunma
202 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
yan(may)an kitapları okuyalım!..
"Bir kitap bizi alıp diğer kitapların üzerine çıkarmıyorsa o kitabın neresi iyidir."
Irvin D. Yalom
Irvin D. Yalom
"Ne de olsa ben geleceklerin önleyicisiyim, öngörücüsü değilim."
Ray Bradbury
Ray Bradbury
Önceleri bilim kurgu eserlerin kitap ya da film, dizi fark etmeksizin geleceği öngördüğü ve gerçekleşmeden sunduğunu düşünürdüm. Şu anda da bu düşüncem çok
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289bin okunma
202 syf.
·
Puan vermedi
·
6 günde okudu
" Düşünün. Çünkü henüz yasaklanmadı. " Neden mi? Çünkü bu kitapta yaratılan distopik dünyada durmak ve doğayı incelemek yasak. Sizden sürekli hareket etmeniz isteniyor. Evin önünde oturup komşularla sohbet etmek yasak. Çocukların okulda soru sorması yasak. İnsanların yine yalnız kalmadığı, sürekli bir şeyler izlediği, dinlediği bir
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289bin okunma
Reklam
208 syf.
·
Puan vermedi
·
25 saatte okudu
“Kitapları yakmaktan daha büyük bir suç varsa, o da onları okumamaktır.”
i.hizliresim.com/r77doo3.jpg Amerika'da ilk kez 1953’te yayımlanan ve hızla bütün dünyada ün kazanan
Fahrenheit 451
Fahrenheit 451
devlet sansürünün, totaliter rejimlerin dehşetini anlatan temel yapıtlardan biri sayılmasına rağmen, Ray Bradbury, romanı hakkında şöyle der: "Romanım hep yanlış ya da eksik
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289bin okunma
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.