Ferrarisini Satmış Rahiblə Öz Taleyini Öyrən Oyanışın 7 Mərhələsi

Robin Sharma

Quotes

See All
Və əsl həqiqət ondan ibarətdir ki,pul qazanmaq və gözəl əşyalara sahib olmaqda heç bir pis şey yoxdur.Sizin gözəl əşyalara sahib olma və eyni zamanda mənəviyyatlı, yaxşı və təkamül etmiş birisi ola bilməyəcəyiniz haqqındakı o axmaq anlayışı kim uydurub? Gözəl evə sahib olun.Əla maşınlarda gəzin.Ekzotik yerlərə səyahətlər edin.Gözəl paltarlar geyinin.Mən iddia eləmirəm ki,siz belə dünyəvi zövq və səfadan faydalana bilməzsiniz.Nəticə etibarilə onlar da çayları,dağları və ağacları yaratmış həmin gözəgörünməz qüvvə tərəfindən yaradılmışdır.Amma yaddan çıxarmaq lazım deyil ki,gözəllik dərin bir şey deyil,yalnız dəri qalınlığındadır.Öz mənliyinizi və öz dəyərinizi belə şeylərlə əsaslandırmayın.Bilin ki,onlar davamlı olmayacaqlar.Biz bu dünyaya heç bir şeyə sahib olmadan gəlir və elə gəldiyimiz kimi də heç bir şeyə sahib olmadan köçüb gedirik. Qəbiristanlığa gedən cənazə arabasının arxasınca mən mal-mülk yığılmış qoşqunun getdiyini heç vaxt görməmişəm.Yadda saxlanılması lazım olan əsas şey də elə budur.Gözəl şeylərə sahib ol,amma onların əsirinə çevrilmə.Onlara sahib ol,amma onların sənə sahib olmasına imkan vermə..
Sayfa 49 - Qanun nəşriyyatıKitabı okudu
Ölüm yatağında cavab verməli olacağın bir insan var, o da hər səhər surətinə güzgüdə baxdığın adamdır. Yaxşısı budur, onunla dürüst davranasınız..
Sayfa 178 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Həyat öz-özlüyündə sizə ağrı-acı verəcək, sizin məsuliyyətiniz isə sevincə həyat verməkdir. Milton Erikson
Sayfa 210 - Qanun nəşriyyatıKitabı okudu
"Həyatın iki sahili olan bir çaya bənzədiyini söyləyən bir müdrik bunu çox əla bənzədib. Çayın bir sahilində biz xoşbəxtliyi tapacağıq, o biri sahilində isə qarşımıza kədər çıxacaq. Çay ilə irəliyə doğru hərəkət etdikcə, biz labüd olaraq hər iki sahilə sürtüləcəyik. Əsl kələk ondan ibarətdir ki, heç bir sahilə həddən artıq uzun müddət ilişib qalmayasan."
Böyük xəyalpərəstlərin xəyalları heç vaxt gerçək olmur. Onların xəyalları həmişə həddindən artıq olur.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.