Fəlsəfənin Qısa Tarixi

Nigel Warburton

Fəlsəfənin Qısa Tarixi Sözleri ve Alıntıları

Fəlsəfənin Qısa Tarixi sözleri ve alıntılarını, Fəlsəfənin Qısa Tarixi kitap alıntılarını, Fəlsəfənin Qısa Tarixi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Başqalarına qarşı elə davran ki, özünə qarşı eyni münasibəti görəndə inciməyəsən.
Etibar etməyin,onda məyus da olmazsınız!
Sayfa 22 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
"Minerva bayquşu yalnız qaranlıqda uçur" Bu söz o deməkdir ki,müdriklik və anlayış bizə yalnız yaşlanandan sonra,dönüb geriyə,artıq baş vermiş hadisələrə baxanda gəlir.Gündüz baş vermiş hadisələri gecə düşünəndən sonra xatırlayıb analiz etməmiz kimi.
Sayfa 122 - Qanun NəşriyyatıKitabı okudu
Sokratın Etudemusla söhbəti
Sokrat:Oğurluq pis işdir? Etudemus:Əlbətdə ki,pis işdir. Sokrat:Bəs özünü öldürmək istəyən dostunun bıçağını oğurlamaq necə,o da pis işdir? Etudemus:Şübhəsiz ki,bu da oğurluqdur.Oğurluq olmasına baxmayaraq bu,yaxşı əməldir. Hiyləgər bir nümunə seçən Sokrat Etudemusa oğurluğun heç də mütləq mənada pis iş olmadığını sübut edir.
Epikür
Yox idim,var oldum,əgər yoxamsa,onda məni heç nə maraqlandırmır.
Jan-Jak Russo
İnsan azad doğulur və bundan sonra hər şey onu zəncirləyir.
Sayfa 104Kitabı okudu
Reklam
İnandığınızın doğruluğundan əsla arxayın olmamalısınız.
Başqa insanı incitmək elə özünü yaralamaq kimidir. Bu yanaşma bütün axlaqın əsasında durur. Mən bir adamı öldürürəmsə, bununla bizim hamımızı birləşdirən gücə zərər yetirmiş sayılıram. Bir insan digərini yaralayırsa, o öz quyruğunu dişləyən və dişlərini əslində, öz bədəninə sancdığını anlamayan ilanı xatırladır. Bir az dəqiq desək, başqa insanlar mənə yad deyil. Mən sənin qayğına ona görə qalıram ki, biz hamımız bir enerjinin, yəni iradə dünyasının tərkib hissələriyik.
Artur ŞopenhauerKitabı okudu
Reklam
Əgər fəlsəfənin müqəddəs bir himayədarı varsa,o da Sokratdır.
Volter
Sizin dediklərinizə nifrət bəsləsəm də,ömrümün sonuna kimi sizin danışmaq haqqınızı müdafiə edəcəyəm.
Teizm, Ateizm, Aqnostizm
Tanrı mövcuddurmu? Bu haqda nə düşünürsünüz? Əsas cavablar belə olardı: "Bəli, Tanrı mövcuddur", "Xeyr, Tanrı yoxdur" və "Bilmirəm". Yəqin ki, siz mənim sualım haqda düşünərkən bu cavablardan birini vermişdiniz. Bu cavablardakı mövqelərin adları vardır: teizm, ateizm və aqnostizm. "Bəli, Tanrı mövcuddur" deyənlər haradasa ilahi bir qüvvənin mövcudluğuna və insanlar mövcud olmasalar belə, insan yaranışından öncə də həmin qüvvənin mövcud olduğuna inanırlar. "Tanrı mövcuddur" və "Tanrı yoxdur" iddiaları isə ya doğrudur, ya da yanlışdır. Lakin onların doğru və ya yanlış olmasını bizim necə düşünməmiz müəyyən eləmir. Nə düşünməmizdən asılı olmayaraq, Tanrı ya var, ya da yoxdur. Bu haqda düşünərkən biz yalnız ona ümid edə bilərik ki, düşündüyümüz hər nədirsə, doğrudur.
Əxlaqi öhdəliklər sizin mövcud vəziyyətinizdən və şəraitinizdən asılı olmadan üstlənəcəyiniz öhdəliklərdir.
Həqiqi azadlıq cəmiyyətin ümumi maraqlarına xidmət edən insan qrupunun üzvü olmaqdır. Bütün istəkləriniz cəmiyyətin ümumi maraqlarına uyğun olmalıdır va qanunlar sizə eqoistcə davranmağa imkan verməməlidir.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.