Fəna Fasiləsi

Kənan Hacı
Roman Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-maarifpərvər Haşım bəy Saqibin ömür yolundan bəhs edir. Onun doğulub boya-başa çatdığı mühit, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycandakı maarifçilik hərəkatı, Cümhuriyyət dövrü və həmin dövrdə Haşım bəy Saqibin xidmətləri romanda geniş əksini tapıb. Xatırladaq ki, Haşım bəy Saqib ictimai xadim Ruhulla Axundovun yeznəsi, Xalq artisti, görkəmli aktrisamız Nəcibə Məlikovanın atasıdır.
164 sayfa · İlk Yayın Tarihi: 2022
Reklam

Yorumlar ve İncelemeler

138 syf.
7/10 puan verdi
·
7 günde okudu
II Kitabqurdu Payız Oxu Marafonunun tərkibində olan 8 kitabdan biri. Marafona birinci Fəna Fasiləsi ilə başladım. Kitab şair Haşım bəy Saqibin həyatından bəhs edir. Haşım bəy Saqib həm də unudulmaz aktrisa Nəcibə Məlikovanın atasıdır.
Fəna Fasiləsi
Fəna FasiləsiKənan Hacı · Çapar Yayınları · 202327 okunma
138 syf.
·
Puan vermedi
·
13 günde okudu
Çox qarışıq yazılmış kitabdır. Yazıçı mövzunu qəşəng seçib, amma… Hadisələr hər fəsildə fərqli tarixlərdə cərayan edir. Hətta bəzi yerlərdə diqqət çəkməyi də bacarırdı. Amma fərqli tarixlərə getməyə çalışarkən ortada qarışıqlıq çox yaranır. Hadisələr yarımçıq qalır. Bu da kitabı bir az bezdirici edir. Azərbaycanlı yazıçılardan sevərək oxuduğum hələ ki, sadəcə Coşqun Kərimovdur.
Fəna Fasiləsi
Fəna FasiləsiKənan Hacı · Çapar Yayınları · 202327 okunma
164 syf.
8/10 puan verdi
·
Beğendi
Gözəl və tariximizdəki böyük şəxsiyyətlər haqqında məlumatlandırıcı. Haşim bəy Saqib haqqında ilk dəfə bu kitabda oxudum. Belə böyük şəxsiyyət haqqında necə ola bilər axı heç yerdə yazılmasın.
Kənan Hacı
Kənan Hacı
Fəna Fasiləsi
Fəna FasiləsiKənan Hacı · Çapar Yayınları · 202327 okunma

Yazar Hakkında

Kənan Hacı
Kənan HacıYazar · 4 kitap
Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “Qərib axşamlar” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.